Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Camal Qaşıqçı cinayətinə görə 17 nəfərə sanksiya tətbiq edildi

  13
21:15 15-11-2018
Şriftin ölçüsünü dəyiş  

ABŞ Səudiyyə Ərəbistanının vəzifəli şəxslərinə qarşı sanksiya tətbiq edib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, sanksiya tətbiq edilən 17 nəfərin adı səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı "qara siyahı"ya salınıb.

 

Beləliklə, "Maqnitski Aktı" deyilən qanun çərçivəsində tətbiq olunan sanksiyalar siyahısında Səudiyyə Ərəbistanının İstanbuldakı keçmiş baş konsulu Məhəmməd əl-Otaybi, vəliəhd şahzadənin sabiq müşaviri Səud əl-Kahtani və onun köməkçisinin də adları var.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanında C.Qaşıqçı cinayət işini aparan prokuror qətllə bağlı ittiham olunan 11 şübhəlidən 5-nin edam olunmasını istəyib.

 

Qeyd edək ki, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

 

C.Qaşıqçını öldürmək üçün Türkiyəyə gələn 15 nəfərdən biri qısa müddətdən sonra telefon danışğında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq deyib: “Patronunuza söyləyin, adamlar işlərini bitirdi”.


Yazarlar