Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO

  33
00:25 14-11-2018
Şriftin ölçüsünü dəyiş  

Paytaxt Bakı və bölgələrdə yerləşən orta məktəblərə təhsil robotları paylanılır. Modern.az xəbər verir ki, bu ildən etibarən belə məktəblərin sayı artırılıb. Məqsəd təhsildə müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırmaq və informasiya-kommunikasiya texnologiyalarının tədris prosesində geniş istifadəsini təmin etməkdir.

“Xəzər xəbər”in məlumatına görə, Danirmarka istehsalı olan robotlar informatika və fizika fənlərinin tədrisində istifadə edilir. Təhsil robotları verildikdən sonra fənn müəllimlərinə təlimlər keçirilib.

 

Şagirdlər konstruktor hissələrdən istifadə edərək onlara lazım olan modelləri hazırlayır və modelin hərəkətə gəlib verilən tapşırıqları yerinə yetirməsi üçün kompüterdə verilən nümunələr əsasında primitiv proqram hazırlayırlar.

 

Şagirdlər robotları həm onlara təqdim edilən təlimatlara əsasən, həm də öz təxəyüllərinə uyğun hazırlaya bilərlər.

 

Növbəti illərdə təhsil robotlarının daha çox məktəbə paylanması gözlənilir.


VIDEO

Yazarlar