Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Gömrükdən gizlədilən 61 telefon aşkarlandı

  24
10:45 13-11-2018
Şriftin ölçüsünü dəyiş  

Avtomobildən 61 ədəd mobil telefon aşkarlanıb.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Modern.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşına məxsus “VAZ 211440” markalı avtomobil saxlanılıb.


Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda - sağ ön oturacağın ayaqaltında düzəldilmiş xüsusi saxlanc yerində 20 ədəd üzərində “X-inova”, 17 ədəd “Kgtel” və 24 ədəd üzərində “Fuua” yazılmış mobil telefonlar aşkarlanıb. 
Faktla bağla araşdırma aparılır.


Yazarlar