Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub

  23
23:35 12-11-2018
Şriftin ölçüsünü dəyiş  

Şabran rayonu Uzunboyad kəndində yol-nəqliyyat hadisəsi baş verib. Paralel.az "Report"a istinadən xəbər verir ki, Uzunboyad kəndinin sakini, 2004-cü il təvəllüdlü Tofiq Rafiq oğlu Muradov idarə etdiyi "VAZ-2107" markalı, 90-XF-512 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Səkinə Ramin qızı İsmayılovanı vurub.

 

S.İsmayılova təcili tibbi yardım avtomobili ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ ayağının baldır nahiyəsinin sınığı diaqnozu qoyulub, yaralı  tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

 

Tofiq Muradovun Uzunboyad kənd bələdiyyəsinin sədri Rafiq Muradovun oğlu olduğu bildirilir.

 

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.


Yazarlar