Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ucarda maşın qoyun sürüsünü vurdu - 42 baş qoyun tələf oldu

  19
19:25 08-11-2018
Şriftin ölçüsünü dəyiş  

Ucar rayonu ərazisində “Ford Transit” markalı avtomobillə qəflətən yolun hərəkət hissəsinə çıxmış qoyun sürüsü vurulub.

 

Daxili İşlər Nazirliyindən Paralel.az-a verilən məlumata görə, noyabrın 8-də saat 3 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Ağdam rayon sakini Yusifəli İsmayılov idarə etdiyi “Ford Transit” markalı avtomobillə qəflətən yolun hərəkət hissəsinə çıxıb, Ucar rayon sakini Qurban Hacıyevə məxsus qoyun sürüsünü vurub və nəticədə 42 baş qoyun tələf olub.

 

Y.İsmayılov izahatında dövlət qeydiyyat nişanlarını görmədiyi “KamAZ” markalı avtomobilin də heyvan sürüsünün üzərindən keçərək getməsini bildirib.

BDYPİ tərəfindən araşdırma aparılır.


Yazarlar