Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bu deputatlara səs…  

  21
17:35 08-11-2018
Şriftin ölçüsünü dəyiş  

Hidayət Elvüsal


Səs verin demirəm. Deyirəm ki, maşallah, yaxşı yaşayırlar, səs eləməyin, iclasda bəzən yatırlar, yuxularına haram qatmayın.


Yaşayırlar dedim haaa. O gün xanım deputatlardan biri hovuzda çəkdirdiyi şəkili paylaşmışdı. Yazmışdı ki, 64 yaşındayam, amma özümü 40 yaşında hiss edirəm. Baxdıq. Maşallah! Çimərlik geyimində. Olardı. Bəlkə lap 20 yaş da verə bilərdin özünə.


Başqa birini tətildə gördük. O da xanım idi. Soruşduq tanıyan olmadı. Amma yayınladığı şəkildə belə görünürdü ki, əlində siqaretə bənzər nəsə var. Bəlkə də başqa şey idi, amma tüstülənirdi. Əlavə aldığı tətil pulunun kefini çəkirdi.


Başqa birini göstərdilər. Heç kim tanımadı. Aradıq, araşdırdıq, məlum oldu ki, həqiqətən də o da deputatdı. Amma nə adını bilən var, nə səsini eşidən. “Səs” dedim əsas məsələ yadıma düşdü.


Bu Tahir Kərimli deputatımız Dövlət Himnimizdən rahatsız olub. Hə, o zaman hə. Milli Azadlıq Hərəkatının qaynar vaxtında bu himnin sədaları altında dimdik dururdu, yadımızdadı. Elə bu duruşla da onu Azərbaycan Ali Məhkəməsinin vəzifəsinə qoydular. Xatırlayarsınız, Milli Məclis iclaslarının birində nətəhər əsəbiləşdisə dedi ki, bu saat burada intihar edəcəyəm. Etmədi. İndi nə olub? O zamanlar sədaları altında dimdik durduğu himni bəyənmir, uzundur deyir. Halbuki, məhz o zamanlar hamı onu bu pozada görsün deyə himnin bitməsini heç istəmir də.


Hadı Rəcəblidən çox danışdılar, əlavəm yoxdur. Amma qazilərin, şəhid ailələrinin nəqliyyatdan pulsuz istifadə etmələri onu rahatsız vəziyyətə salmamalıdır. O insanlar vuruşmasaydılar bu gün nə Məclis, nə də Rəcəbli olardı. Ümumiyyətlə bu deputat kasıbın bir tikə çörəyinə də narazılıq edir. Niyə?


Həəə... Qüdrət Həsənquliyev. Deyir bu millətə kəsilən pul cərimələrini də versinlər deputatlara. Hə, belə deyir. Əlillərə, qazilərə, şəhid ailələrinə, kasıb-kusuba yox, deputatlara. Qüdrət müəllim də həmin o hərəkatdan gəlib.


Amma bir xanım deputatımız da var. Kasıblara, əlacsızlara, əlillərə arxa olan əsl Azərbaycan xanımı. Son təklifi: Əlil tələbələrdən təhsil haqqı alınmasın.


Eşidirsinizmi, Hadı müəllim, Qüdrət müəllim? Tahir müəllim, sizə məlum OLMADIĞI kimi... Qənirə Paşayeva Himnimizi bütün Türk coğrafiyasında, olduğu hər yerdə səsləndirir. Özü də qürurla.


SƏSləndirir dedim. Gərək səs verənlər də səslərini kimə verdiklərini bilsinlər.


Bəzi deputatlara səs... siz olun...


Yazarlar