Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Hərəyə bir bayraq” adlı aksiya keçirildi

  16
15:15 08-11-2018
Şriftin ölçüsünü dəyiş  
Azərbaycan Kooperasiya Universiteti "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə "Hərəyə bir bayraq" adlı aksiya keçirib.
 
Universitetdən Paralel.az-a verilən məlumata görə, "Hərəyə bir bayraq" adlı aksiya çərçivəsində Tələbə - Gənclər Təşkilatının fəal üzvləri dərsə gələn tələbələrə və müəllimlərə Müstəqil Azərbaycanın üçrəngli bayrağını təqdim edərək Bayraq Günü münasibətilə təbrik ediblər. 
 
Aksiyanın məqsədi gənclər arasında Dövlət Bayrağımıza olan hörmət və məhəbbət hisslərini daha da yüksəltmək, onların vətənpərvərlik duyğularının daha da möhkəmlənməsinə rəvac yaratmaqdır. 
 
Aksiya Universitetin tələbələri və müəllimləri tərəfindən böyük maraqla qarşılanıb.

Yazarlar