Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Süpürgəçi qadının iş başında öldüyü İNKAR EDİLİR

  23
13:20 08-11-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün səhər saatlarında süpürgəçi qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin qeydə alındığına dair məlumat vermişdik.

 

Nizami rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayev Moden.az-a açıqlama verib.

 

R.Abdullayev bildirib ki, vəfat edən qadın 2015-ci ilə qədər Nizami rayonun Mənzil Kommunal Təsərrüfat Birliyində, daha sonra 34 nömrəli MİS-də xadimə işləyib:

 

“2015-ci il avqust ayında işdən çıxıb”.

 

R.Abdullayev qeyd edib ki, qəzada dünyasını dəyişən şəxs avtobusdan düşüb yolu keçmək sitəyərkən onu maşın vurub.

 

Amma Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov ölən qadının süpürgəçi olduğunu təsdiqləmişdi.

 

Sosial şəbəkədə yayılan fotolardan da qadının əynində süpürgəçilərə məxsus formanın olduğu görünür.


Yazarlar