Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

650 nəfər imtahandan uğurla keçib...

  13
10:45 08-11-2018
Şriftin ölçüsünü dəyiş  

2018-ci il oktyabrın 28-də keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və TQDK-nın əmri ilə ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərin nəticələri haqqında növbəti statistik məlumatlar açıqlanıb.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) Paralel.az-a məlumat verilib.

 

Bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 1332 nəfər keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (DİM-in) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 650 nəfər imtahandan uğurla keçib. (48.8%).

 

Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın (DİM-in) keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilib. 301-400, 401-500, 501-600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 46.2%-i, 58.3%-i, 61.8%-i, 62.9%-i test imtahanından uğurla keçib. Verilənlərə əsasən, əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.

 

Bal intervalı Qeydiyyatdan keçib Test imtahanından uğurla keçib Faizlə (%)

 

0-100 8 0 0.0

101-200 77 15 19.5

201-300 258 93 36.0

301-400 370 171 46.2

401-500 350 204 58.3

501-600 207 128 61.8

601-700 62 39 62.9

Yekun: 1332 650 48.8

 

Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olub. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.

 

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 124 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) əmri ilə qəbul olmayıb. Onlardan yalnız 17 nəfər (13.7%) imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 6 nəfər xaricdə yerləşən təhsil müəssisələrini, 11 nəfərisə ölkənin ali təhsil müəssisələrini bitirib.


Yazarlar