Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Fazil Mustafadan həyəcan təbili: “Keyfiyyətsiz qidalanma onkoloji xəstəlikləri artırıb”  

  34
13:47 07-11-2018
Şriftin ölçüsünü dəyiş  

“Bu gün Azərbaycanda onkoloji və QİÇS xəstəlikləri 3 dəfə artıb. Bunun səbəbi isə normal tibb təhsilinin olmaması və keyfiyyətsiz qida məhsulları ilə bağlıdır”.


Paralel.az-ın məlumatına görə, bunu deputat Fazil Mustafa parlamentdə komitələrin birgə  büdcə müzakirəsi zamanı deyib. Deputat qeyd edib ki, Azərbaycanda lazımi şərait olmadığından tələbənin normal tibb təhsili alması və kadr kimi yetişməsi mümkün deyil.

“Bunu etiraf etməliyik. Normal təhsil ala bilmədiyindən normal kadr da yetişmir. Ona görə də xaricdə təhsili zəruri edirlər. Buna diqqət yetirmək lazımdır və büdcədən bunun üçün lazımi səviyyədə vəsait ayrılmalıdır”.


Deputat həmçinin, uşaqların normal qidalanmadan əziyyət çəkdiklərini və bunun nəticəsində normal fizionomiyaya malik olmadıqları probleminə diqqətin ayrılmasını zəruri hesab edib.


“Biz beynəlxalq olimpiadalarda iştirak edirik, oradakı 400-500 şagird içərisindən çox az qismi normal fizionomiyaya malikdir. Yerdə qalanların fizionomiyasının çox pis olduğunu görürük. Bunun səbəbinin biri orta məktəblərdə idman dərsinin tədrisindəki problemlərlə bağlıdırsa, digər bir hissəsi qidalanma ilə əlaqəlidir. Azərbaycan insanı keyfiyyətsiz qida ilə qidalandığından onların fizionomiyası zəif olur, onkoloji və digər xəstəliklər geniş yayılır. Bu gün ölkədə qida keyfiyyəsizliyi ilə bağlı məsələlər sirr deyil. Bu sahədəki problem aradan qaldırılmalıdır”.


Fazil Mustafa eyni zamanda, uşaqpullarının və doğuşa görə birdəfəlik müavinətin artırılmasını təklif edib.

“Bu gün Azərbaycanda 1 milyonadək uşaq var və heç olmasa, 6 yaşadək uşaqlara uşaqpulu verilməsi təmin edilməlidir”.

Yazarlar