Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Prezidentliyə namizəd azərbaycanlıların problemlərini öyrəndi

  35
23:40 22-10-2018
Şriftin ölçüsünü dəyiş  

Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvili Tbilisidə Azərbaycan icmasının nümayəndələri ilə görüşüb. Paralel.az “Report”a istinadən xəbər verir ki, görüşdə S.Zurabişvili azərbaycanlıları narahat edən məsələləri dinləyib.

 

Görüşdə iştirak edən Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsaq Novruzov ölkədə Novruz bayramının dövlət səviyyəsində qeyd olunmaması ilə bağlı narazılığını ifadə edib:

 

“Keçmiş prezident Mixeil Saakaşvilinin dövründə Novruz dövlət bayramı kimi qeyd olunurdu. Lakin sonradan bu ənənə ləğv olundu. Bu bayramın dövlət səviyyəsində qeyd olunması ənənəsi bərpa olunmalıdır. Belə ki, Novruz bayramı UNESKO-nun irs siyahısına daxil edilib və bayram təşkilat tərəfindən beynəlxalq səviyyədə qeyd olunur”.

 

Azərbaycan dilli “Gürcüstan” qəzetinin baş redaktoru, əməkdar jurnalist İslam Əliyev isə Azərbaycan dilli məktəblərdə gürcü dilinin tədrisi məsələsinə toxunub:

 

“Azərbaycanlı məktəbli və tələbələr dahi şairlər Nizami, Füzüli və digərlərini tanımırlar. Təhsil sisteminin islahatlara çox böyük ehtiyacı var. Əlbəttə ki, Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini mütləq öyrənməlidirlər. Lakin gürcü dilini öyrənmək Azərbaycan dilinin unudulması hesabına baş verməməlidir”.

 

Görüş iştirakçıları həmçinin Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə ediblər.

 

S.Zurabişvili öz növbəsində bildirib ki, prezident seçiləcəyi təqdirdə səlahiyyətləri çərçivəsində Azərbaycan icmasını narahat edən məsələlərin həllinə çalışacaq.

 

Tbilisidəki Azərbaycan teatrının vəziyyəti ilə tanış olmadığını qeyd edən namizəd bildirib ki, bu problemin həlli üçün hansı resursların mövcud olduğunu prezident seçiləndən sonra biləcək: “Mən əlbəttə ki, Gürcüstanda yaşayan bütün etnik azlıqların mədəniyyətini müdafiə edəcəyəm”.

 

Görüşdə həmçinin Azərbaycan dilli məktəblərdə gürcü dilinin tədrisi ilə bağlı mövcud boşluqlar, soydaşlarımızın yaşadığı bölgələrdə kadr çatışmazlığı və digər məsələlər də qaldırılıb.


Yazarlar