Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanlı fristaylerlər ilk dəfə olaraq Avropa çempionatında

  34
23:35 22-10-2018
Şriftin ölçüsünü dəyiş  

Almaniyanın paytaxtı Berlində kişi və qadınlar arasında fristayl futbolu üzrə Avropa çempionatı keçirilib. Yarışda ilk dəfə olaraq azərbaycanlı fristaylerlər - Ruslan Quliyev və Nicat Səfərov də çıxış ediblər. Paralel.az xəbər verir ki, Adidas Futbol Mərkəzində keçirilən ilk yarış günündə 21 ölkənin 100-dən çox idmançısı 4 nəfərdən ibarət qruplarda çıxış ediblər. Daha təcrübəli rəqiblər ilə qarşılaşan Ruslan və Nicat bu mərhələdə mübarizəni dayandırıblar.

 

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Erlend Faqerli kişilər arasında, Laura Dekker isə qadınlar arasında fristayl futbolu üzrə Avropa çempionu adını qazanıblar.

 

Qeyd edək ki, Nicat Səfərov qrup mərhələsinin ən mürəkkəb hərəkəti üzrə hakimlər tərəfindən fərqləndirilib. Ruslan Quliyev isə Adidas Tanqo Liqasının yeni siması seçilib.

 

Yarışdan sonra Dünya Fristayl Futbol Assosiasiyasının icraçı direktorları Lukas Skoda və Daniel Vudla idmanın bu növünün Azərbaycanda inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılıb.


Yazarlar