Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Rusiyada yaşayış binası yandı: 100-dən çox sakin təxliyə olundu

  32
01:00 19-10-2018
Şriftin ölçüsünü dəyiş  

Rusiyanın Yekaterinburq şəhərində 16 mərtəbəli binada yanğın baş verib. Paralel.az “Trend”ə istinadən xəbər verir ki, ilk öncə binanın 9-11-ci mərtəbələri, daha sonra 12-ci mərtəbəsi də yanmağa başlayıb.

 

İlkin məlumata əsasən, 100-dən çox sakin təxliyə olunub. Ölən və yaralananlar barədə məlumat verilmir. Hadisə yerində 15 ədəd yanğınsöndürən texnika və 47 yanğınsöndürən çalışır.

 

Yanğının səbəbləri araşdırılır.


Yazarlar