Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Heydər Əliyev Mərkəzində “Soprano” qrupunun konserti olacaq

  32
16:30 11-10-2018
Şriftin ölçüsünü dəyiş  

"Turetski xoru"nun oktyabrın 10-da Heydər Əliyev Mərkəzində möhtəşəm ifalar və maraqlı şou ilə dolu çıxışı ilə yanaşı, Rusiyanın Xalq artisti Mixail Turetskinin daha bir qrupunun Bakıda konserti olacaq.  

 

Belə ki, noyabrın 30-da Heydər Əliyev Mərkəzində Mixail Turetskinin "Soprano" art qrupunun ilk dəfə konserti keçiriləcək. Kollektiv Bakıda tamaşaçılara rəngarəng proqram təqdim edəcək.

 

"Soprano" Mixail Turetskinin unikal vokal layihəsidir – qadın səslərinin toplusudur. Art qrupda təbiətdə mövcud olan səslərin bütün fərqlilik və zənginliklərinə – ən yüksəkdən (koloratur soprano) tutmuş ən aşağı (mezzo) tembrədək rast gəlmək mümkündür.

 

Kollektivin repertuarına müxtəlif janrlarda əsərlər – klassika, pop, rok, folklor, caz daxildir.  Qrup konsert proqramlarında musiqi şoularını auditoriya ilə interaktiv şəkildə təqdim edir.

 

"Soprano" bir sıra beynəlxalq idman tədbirlərinin – Soçidə keçirilmiş "Formula 1" Qran-pri yarışlarının, futbol oyunlarının, hər il keçirilən "Birinci kanalın kuboku" xokkey turnirinin musiqili səfiri olub.

 

"Turetski xoru" və "Soprano" art qrupları 2017-ci ildə bir sıra ölkələrdə "Qələbə mahnıları" adlı sülhməramlı aksiya təqdim edib. "Soprano" Pekində dünyanın ən böyük teleşoularından olan "Spring Festival Global Gala 2016"da çıxış edib və həmin televiziya efirini 1 milyard tamaşaçı izləyib.

Qeyd edək ki, "Turetski xoru"nun Heydər Əliyev Mərkəzində ötən gün keçirilən konserti anşlaq və maraqla izlənilib.

Daha bir gözəl şou-"Soprano" art qrupunun konsertinin biletlərini Mərkəzin kassası, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar.

 

https://iticket.az/az/events/concerts/the-soprano-group-s-concert/4152

 


Yazarlar