Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanlı gimnast olimpiya çempionu oldu

  13
14:05 11-10-2018
Şriftin ölçüsünü dəyiş  
Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında növbəti qızıl medal aktivimizə yazılıb. 
 
 
Paralel.az xəbər verir ki, gimnast Yelizaveta Luzan birinci yeri tutub. O, qarışıq qrup üzrə komanda yarışının qalibi olub. Oyunlarının yeni formatına əsasən, gimnastika növləri üzrə təmsilçilər yalnız fərdi hesabda mübarizə aparmır. Bu dəfə onlar ulduz gimnastların adlarını daşıyan 12 komandaya bölünürlər. Dördqat olimpiya çempionu Simona Baylzın komandasında Y.Luzanla bərabər idman gimnastikası, bədii gimnastika, batut və akrobatika növləri üzrə Bolqarıstan, Avstraliya, Çin, Sinqapur, Vyetnam, İspaniya, İtaliya, Rusiya, Ukrayna, Cənubi Afrika və Macarıstandan olan idmançılar yer alıb.
 
 
Onlar fərdi çıxışlarına görə əldə etdikləri xal hesabı ilə komandalarının hesabına qızıl medal yazdırıblar. 
 
 
Qeyd edək ki, bunadək cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc medal qazanıb.

Yazarlar