Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Dini Komitə şagirdin intihar cəhdi ilə bağlı araşdırma aparacaq

  14
13:55 11-10-2018
Şriftin ölçüsünü dəyiş  

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakıda valideynlərinin hansısa dini təriqətin təsiri altında olduğu deyilən şagirdin özünü məktəb binasının 3-cü mərtəbəsindən atması ilə bağlı araşdırma aparacaq.

 

Paralel.az xəbər verir ki, Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.

 

Qurumdan bildirilib ki, bu barədə komitədə hələ rəsmi məlumat yoxdur: "Amma Dövlət Komitəsi tərəfindən bu məsələ araşdırılacaq".

 

Qeyd edək ki, Bakıda 302 nömrəli məktəbin 3-cü sinif şagirdi oktyabrın 10-u saat 08:48 radələrində, tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib. Məktəbdən verilən məlumata görə, şagirdin valideynləri dini təriqətin təsiri altındadırlar.


Yazarlar