Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı AÇIQLANDI

  13
12:25 11-10-2018
Şriftin ölçüsünü dəyiş  

"Hazırda Rusiyanın ali təhsil müəssisələrində 15 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Azərbaycanlı tələbələrin bizim universitetlərə daha çox maraq göstərməsi üçün hər şeyi edirik".

 

Paralel.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda açılan 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində "Report"un sualını cavablandırarkən deyib.

 

Onun sözlərinə görə, humanitar əməkdaşlıq Rusiya üçün prioritet istiqamətlərdən biridir.

 

Səfir həmçinin qeyd edib ki, universitetlər səviyyəsində ayrı-ayrı əlaqələr də humanitar sahədə inkişafa təkan verir və bu işdə 2015-ci ildə yaradılan Azərbaycan və Rusiya Universitetləri Assosiasiyası xüsusi rol oynayır.


Yazarlar