Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

BDU alimləri Türkiyədə XVIII Türk Tarixi Konqresində çıxış ediblər

  21
11:15 11-10-2018
Şriftin ölçüsünü dəyiş  

 

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin alimləriAnkarada  Mədəniyyət və Turizm Nazirliyinin, Atatürk Mədəniyyət, Dil və Tarix Qurumunun dəstəyi ilə Türk Tarix Qurumu tərəfindən təşkil olunan XVIIITürk Tarix Konqresində iştirak ediblər.

Dünyanın müxtəlif ölkələrindən 800 tarixçi-araşdırmaçının qatıldığı Konqresdə Azərbaycanı BDU-nun prorektoru, professor Sani Hacıyev,  Azərbaycan tarixi kafedrasının professoru Sevda Süleymanova, həmin kafedranın dosenti Arzu Məmmədova, Qədim dünya və orta əsrlər tarixi kafedrasının dosenti Elvira Lətifova təmsil ediblər.

Konqresin ilk günü professor Sani Hacıyev “Ermənilərin Osmanlı imperiyasında hüquqi və sosial statusuna dair”, dosent Arzu Məmmədova isə “Erkən orta əsrlərdə Cənubi Qafqazın türk toplumu: Cənubi Qafqazın erkən orta əsr tarixinə yeni bir baxış” mövzusunda məruzələrlə çıxış ediblər. Beş gün davam edən Konqresin növbəti günlərində dosent Elvira Lətifova “XIX yüzillikdə Rusiya istilasına qarşı Qafqaz xalqlarının azadlıq üsyanı: 1844-cü il İlisu üsyanı nümunəsində”, professor Sevda Süleymanova “Əli bəy Hüseynzadənin türkçülük ideyaları” mövzusunda məruzə  ilə çıxış ediblər. Tarix fakültəsinin nümayəndələri Konqresin bir sıra seksiya iclaslarındakı dinləmələrdə fəal iştirak edib, elmi müzakirələrə qatılıblar.

 Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün dəstəyilə ilki 1932-ci ildə təşkil olunmuş və 4 ildən bir ənənəvi keçirilən Türk Tarix  Konqresi Türkiyənin tarix elmində ən nüfuzlu elmi konfrans hesab olunur.


Yazarlar