Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan yeni elektron hökumət modelinə keçir - VİDEO

  38
23:40 10-10-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan yeni elektron hökumət modelinə keçir. Bu model sayəsində vətəndaşların elektron xidmətlərdən faydalanmaları üçün dövlət qurumlarına müraciət etmələrinə ehtiyac qalmayacaq.  Paralel.az “Xəzər TV”yə istinadən xəbər verir ki, bütün zəruri xidmətlər elektron hökumətin vahid infrastruktur bazasında göstəriləcək. Vətəndaşlar onlara lazım olan informasiyaları daha tez əldə edəcəklər.

 

Yaxın gələcəkdə hansısa dövlət qurumunda sizinlə bağlı informasiya varsa, o informasiya sizdən kağız formada istənilməyəcək. Qurum sistemə daxil olaraq məlumatı özü götürəcək. Ümumiyyətlə isə elektron xidmətdən istifadə üçün ayrı-ayrılıqda dövlət qurumlarının sisteminə daxil olmağa ehtiyac qalmayacaq. Şəxsi məlumatlar bir kabinetdə toplanacaq.

 

Elektron hökumətin yeni modelinə keçid vətəndaşların işini daha da rahatlaşdıracaq. Elektron hökumətin inkişafı mərkəzinin direktoru Fariz Cəfərov deyir ki, Xidmətlərdən istifadə zamanı nəzərəçarpacaq çeviklik əldə olunacaq.

 

Yeni modelin üstünlüklərindən biri də odur ki, vətəndaşlar sənədləri ilə bağlı görməli olduqları işlərdən online şəkildə öncədən məlumatlandırılacaqlar.

 

Elektron hökumətin yeni modelinin tətbiqi 2019-cu ildə nəzərdə tutulur.


VIDEO

Yazarlar