Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ziyad Səmədzadə: “Azərbaycan bütün hədəflərinə çatacaq”  

  19
20:40 10-10-2018
Şriftin ölçüsünü dəyiş  

2008-ci ildən başlanan və dünyanı başına alan maliyyə-iqtisadi böhranın davam etməsinə, qlobal risqlərə və kataklizmlərə, siyasi, hərbi, qanlı qarşıdurmaların gündən-günə artmasına baxmayaraq, ötən illər ərzində Azərbaycan dinamik və sıçrayışlı inkişaf tempini qoruyub, saxlaya, öz iqtisadiyyatını gücləndirə, dayanıqlı edə, regionun, bölgənin sabitlik və təhlükəsizlik adasına çevrilməyə nail ola bilib. Düzdür, 2015-2016-cı illərdə dünyada neftin qiyməti kəskin şəkildə uçuzlaşsa və dalbadal iki ağır devalvasiya yaşansa da, Azərbaycan bir dövlət və cəmiyyət olaraq, bu prosesdən, bu mərhələdən, bu sınaqdan da uğurla çıxa bildi.

Bunu Paralel.az-a açıqlamasında millət vəkili, akademik Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, dövlət başçısının son dərəcədə düşünülmüş və uzaqgörən siyasəti, ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində ikinci mərhələyə start verilməsi ilə iqtisadi inkişaf tempi əvvəlki vəziyyətinə qaytarıldı, Azərbaycan regionun və bölgənin lider dövləti olaraq, dünyadakı yerini və mövqeyini daha da gücləndirdi.

“Elə ötən son 3 ildə Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq siyasi, iqtisadi, humanitar, mədəni, hərbi təbdirləri buna misal göstərmək olar. Azərbaycan beynəlxalq humanitar forumlara, beynəlxalq musiqi-muğam festivallarına, dünya və Avropa çempionatlarına, 4-cü İslamiadaya, “Formula 1” yarışlarına, “Üçlər”in (söhbət Azərbaycan, Rusiya və İran prezidentlərinin “Üçlər” formatından gedir) və digər tədbirlərə çox möhtəşəm və ehtişamlı şəkildə evsahibliyi etdi, heç biri regional, beynəlxalq, transmilli layihənin yarımçıq dayandırılmasına, bu istiqamətdə işlərin axsadılmasına imzkan və izn vermədi. Ələt Azad İqtisadi Zonasının yaradılması, may-iyul aylarında iki nəhəng layihənin- Cənub Qaz Dəhlinin və “TANAP”-ın təntənəli açılış mərasiminin düzənlənməsi, ötən ilin sonlarında Bakı-Tbilisi-Qars dəmir yolu xəttininin işə salınması, TAP-la bağlı işlərin sürətləndirilməsi və yekunlaşdırılması istiqamətində davamlı addımların atılması, düz 22 illik müzakirələrdən sonra Azərbaycanın da yaxından iştirakı, qatqısı və töhfəsi ilə Xəzəryanı 5 dövlət başçısın bir ayara gələrək, Aktauda Xəzərin hüquqi statusunu müəyyənləşdirən Bəyannaməyə imza atması və sairə ölkəmizin, dövlət rəhbərimizin nə qədər böyük güc və iradə sahibi olmasının əyani və bariz nümunəsidir”.

Ziyad Səmədzadə qeyd edib ki, bu deyilənlər oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısının etdiyi giriş və yekun çıxşılarında da bir daha özünün konkret rəqəmlərlə və faktlarla əksini tapdı:

 “Bildiyiniz kimi, hər 3 aydan bir dövlət başçısının iştirakı və sədrliyi ilə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclaslar keçirilir. Bu da həmin iclaslardan, növbətilərindən biri idi və deyərdim ki, hər bir iclas özü bir tarixdir, bir hadisədir. Çünki bu iclaslarda, sadəcə, quru rəqəmlər səsləndirilmir, sadəcə, sözlər deyilib, bununla kifayətlənilmir, bu iclaslarda Azərbaycanın daha da irəliyə getməsi, öz sabitliyini, təhlükəsizliyini, inkişafını daha da möhkəm və dayanıqlı etməsi yolunda konkret hədəflər müəyyənləşdirilir, çağırışlar edilir, mesajlar verilir. Bu dəfə də məhz belə oldu. Ölkə başçısı hər iki çıxışında çox dolğun, çox əhatəli, çox məzmunlu şəkildə ölkədə, ətrafımızda, dünyamızda yaşananlara münasibət bildirdi, növbəti və gələcək hədəflərimizin anonslarını verdi”.

Milli Məclisin komitə sədri artıq başa çatmasına 3 aydan da az vaxt qalan 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu, qarşıya qoyulan vəzifələrin uğurla və vaxtında icra etdiyini diqqətə çatdırıb.


Yazarlar