Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qadınlar “Formula 1”də kişi üstünlüyünə son verəcək

  20
20:40 10-10-2018
Şriftin ölçüsünü dəyiş  

"Formula 1"də gələn ildən etibarən yalnız qadın pilotların yarışacağı "W Seriyası" adlı bir avtomobil idman çempionatı təşkil edilməsinə qərar verilib. Paralel.az xəbər verir ki, bu addım "Formula 1" Dünya Çempionatı  başda olmaqla  avtomobil idman yarışlarında kişi üstünlüyünə son vermək məqsədi daşıyır.

 

"W Seriyası" (Qadınlar Seriyası) adındakı təşkilatın internet saytından edilən şərhə görə, 18-20 qadın pilot 2019-dan etibarən təşkil olunacaq çempionatda Avropanın məşhur yarış yollarında mübarizə aparacaqlar. Seriyanın qalibinə isə 500 min dollar pul mükafatı veriləcək.

 

 Qeyd edək ki, 1976-cı ildən etibarən F1 yarışlarında heç bir qadın pilot iştirak etməyib.

 

“Formula 1” tarixində 1958-1959-ci illərdə Maria Teresa de Filippis 3 dəfə, 1974-1976-cı ilə qədər Lella Lombardi 12 dəfə yarışmada müvəffəqiyyət qazanıb. Lombardi 1975-ci ildə İspaniyanın Grand Prisində, “Formula 1”də xal qazanan ilk qadın olub.


Yazarlar