Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanlı deputatın məruzəsi AŞPA-da müzakirəyə çıxarıldı  

  27
17:40 10-10-2018
Şriftin ölçüsünü dəyiş  

Avropa Şurası Parlament Assabmbleyasının (AŞ PA) payız sessiyasında bu gün Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, Milli Məclisin komitə sədrinin müavini Sahibə Qafarovanın müəllifi olduğu "Avropada miqrantların və diaspor təşkilatlarının radikallaşması" mövzusunda məruzə müzakirəyə çıxarılıb.

 Modern.az-ın məlumatına görə, iclasda məruzə haqqında məlumat verən Sahibə Qafarova deyib ki, 2001-ci ilin 11 sentyabr terror hadisələrindən sonra miqrant və diaspor təşkilatlarının radikallaşması mövzusu dünya siyasətçiləri və kütləvi informasiya vasitələrinin diqqət mərkəzinə çevrildi.

Müxtəlif regionlardan miqrant və məcburi köçkünlərin Avropaya gəlməsi və bu qitədə son terror olayları mövzu ətrafında müzakirələri daha da gərginləşdirib. Hesabatda göstərilir ki, aparılan geniş təhlillər bir sıra terror hadisələrinin iddia olunduğu kimi, miqrantlar tərəfindən deyil, diaspor üzvləri tərəfindən törədildiyini sübuta yetirir.

 

Deputat vurğulayıb ki, çoxlu sayda miqrant Avropaya gəlməzən əvvəl insan alverçiləri və qaçaqmalçıların yalnış təbliğat və təşviqatının, yönləndirməsinin təsiri ilə üzləşir, Avropa şəhərləri ilə bağlı ilkin təəssüratları sosial şəbəkələrdə qeyri-real foto və şəkillərlə, şərhlərlə formalaşır.


“Avropaya gəldikdə isə qarşılaşdıqları real vəziyyət xəyal qırıqlığına səbəb ola bilir, hətta radikalizasiya prosesini də sürətləndirir. Ayrıseçkilik radikalizmə təsir göstərən digər mühüm amildir. Miqrantlar təhsil şəraitində bərabərsizlik, iş və ev tapmaqda, nəzarət – buraxılış məntəqələrində ayrıseçkilik halları ilə tez-tez qarşılaşırlar. Bütün bu amilləri nəzərə alaraq qeyd etmək istəyirəm ki, miqrantların və diasporun icmalarının radikallaşmasına səbəb əsasən ev sahibliyi edən ölkələr tərəfindən miqrantlara tətbiq edilən siyasətin əhəmiyyətli uğursuzluqları, habelə qeyri-bərabər tətbiqlər və nifrət mesajlarıdır. Hesabatı hazırlayan zaman gəldiyim qənaətlərdən biri də budur ki, radikalizmə qarşı mübarizə anti-islamçılıqla qarışdırılmamalıdır. İslamı terror dini kimi təqdim etmək yolverilməzdir. Terrorun və terrorçunun dini ola bilməz. Radikalizmin yayılmasını önləmək üçün Avropa hökumətləri miqrantlara qarşı öz siyasətlərini yenidən nəzərdən keçirməli və məcburi köçkünlərin cəmiyyətin həyatına cəlb olunması və iştirakını təşviq etməlidir", - deyə hesabatda qeyd olunur.

 

Daha sonra Sahibə Qafarova radikallaşmanın qarşısını almağın yolları barədə fikirlərini və tövsiyyələrini diqqtətə çatdırıb. Onun fikrincə burada ən önəmli vasitə maarifləndirmədir.

"Xüsusilə İslam cəmiyyətlərinin rəhbərləri, elm adamları və kütləvi informasiya vasitələrinin gənclərə təlqin olunan yanlış dini biliklərin qarşısını almaq üçün düzgün və effektiv maarifləndirmə işləri aparmalıdır. Həm ibtidai, həm də ali təhsildə yanlış fikirləri aradan qaldırmaq və qarşılıqlı anlaşmanı təbliğ etmək radikalizmin qarşısının alınmasında mühüm rol oynayır. Buna görə də radikalizmin qarşısının alınması bütün müəllimlər üçün peşə fəaliyyətinin əsas hissəsi olmalıdır. Onlar mədəni və dini fərqləri anlamaq və qəbul etmək üçün təlim keçməlidirlər. Həmçinin uşaqlara hər gün demokratiya və insan hüquqları öyrədilməlidir. Onlar məsuliyyətli vətəndaşlar olmağı və ictimai həyatda fəal iştirak etməyi öyrənməlidirlər. Müasir təhsil sistemi hər bir şagirdin fikirlərini və maraqlarını ifadə etmək imkanı verməlidir. İdman, xüsusilə futbol gənc köçkünlərin cəmiyyətə inteqrasiyasında və radikalizmin qarşısının alınmasında çox kömək edə bilər".


Yazarlar