Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Nazirlikdən Modern.az-ın yazısına REAKSİYA - cinsini dəyişənlər yeni kimlik də ala bilir

  17
17:20 10-10-2018
Şriftin ölçüsünü dəyiş  

Ötən gün Modern.az saytında “Günay, Nuray, Nihal...– Azərbaycanda cinsini dəyişənlər rəsmən ad-soyadlarını da dəyişirlər” başlıqlı məqalə dərc olunub.

 

Daxili İşlər Nazirliyi (DİN) yazıya reaksiya verib.

 

Nazirlikdən Modern.az-a daxil olan açıqlamada bildirilib ki, araşdırma xarakterli yazıda qeyd olunan xüsusatlarla əlaqədar Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəis müavini Elçin Məmmədov danışıb.

 

O bildirib ki, vətəndaşın adının, soyadının və ata adının dəyişdirilməsi zamanı Nazirlər Kabinetinin hazırda qüvvədə olan “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar” haqqında 2001-ci il 1 mart tarixli Qərarı əldə rəhbər tutulur.

 

Həmin Qərarın 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər, bir sıra hallarda, o cümlədən cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə edilir.

 

“Bu zaman sənədin 4-cü bəndinə əsasən, şəxsin cinsini dəyişməsinin təsdiqi haqqında səhiyyə orqanları tərəfindən verilmış rəsmi rəy əsas götürülür. Həmin sənədlər əsasında ilkin olaraq Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən vətəndaş yeni “Doğum Haqqında Şəhadətnamə” ilə təmin edilir”-deyə E.Məmmədov bildirib.

 

Nazirlik nümayəndəsi cinsini dəyişmiş şəxsin şəxsiyyəti təsdiqləyən sənədlə - yeni “Şəxsiyyət vəsiqəsi” ilə təmin edilməsindən də danışıb.

 

Söyləyib ki, vətəndaş aldığı yeni “Doğum haqqında şəhadətnamə” və qanunvericiliklə tələb olunan digər sənədlərlə Daxili İşlər Nairliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə və ya ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarına, eləcə də “ASAN” Xidmət mərkəzlərinə müraciət edə bilər.

 

Müvafiq araşdırmalardan sonra ona yeni “Şəxsiyyət vəsiqəsi”nin verilib-verilməməsinə dair qərar qəbul edilir.


Yazarlar