Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Unikal göz əməliyyatı

  97
21:14 08-10-2018
Şriftin ölçüsünü dəyiş  

İnkişaf etmiş ölkələrdə həyata keçirilən limbal kök hüceyrə köçürmə əməliyyatı ölkəmizdə də reallaşıb.

Əməliyyatı həyata keçirən həkim oftalmoloqlar Şahin Novruzlu və Rəhimə Poluxova Axar.az-a bildirib ki, limbal kök hüceyrə köçürmə əməliyyatı gözün buynuz qişasında aparılan unikal bir əməliyyatıdır.

10 ildir buynuz qişanın xorası səbəbiylə müalicə almasına baxmayaraq gözündə şiddətli ağrıları davam edən xəstəyə oftalmoloqlar Şahin Novruzlu və Rəhimə Poluxova tərəfindən limbal kök hüceyrə köçürülməsi əməliyyatı həyata keçirilib.

Ş.Novruzlu bildirib ki, 10 ildir şikayəti davam edən xəstə, onlarla dərman istifadə etməsinə baxmayaraq, ağrıları davam edib. Müayinə nəticəsində buynuz qişada damarlanmaların, böyük xoranın olduğunu aşkarlanıb.

Xəstəyə kök hüceyrə köçürülməsi əməliyyatına qərar verilib. Xəstənin gözündəki kök hüceyrə yetməzliyi sahəsinin böyük olduğunu nəzərə alaraq digər gözündən konyunktival qreftlə birlikdə limbal kök hüceyrə köçürülüb. Xəstənin əməliyyatdan sonra şikayətləri tamamilə keçib, qızartı, yanma, batma şikayətləri aradan qalxıb və xəstə komfortlu həyat tərzinə davam edib.

 

Yazarlar