Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ermənistanda eks-deputat həmkarını güllələdi, sonra özü intihar etdi

  39
19:11 07-10-2018
Şriftin ölçüsünü dəyiş  

Ermənistanın sabiq deputatı Karo Karapetyanın öldürülməsində şübhəli bilinən keçmiş parlementari Arutyun Qaragözyan intihar edib.

 

Paralel.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə işğalçı dövlətin polis orqanının mətbuat xidmətindən bildirilib. Qaragözyan Karapetyanı güllələdiyi və adına rəsmiləşdirilmiş silahla özünü öldürüb. 

Vaxtilə eyni partiyanın üzvü olmuş Karapetyanla Qaragözyan arasında insident biznes məsələlərinə görə baş verib. 

Xatırladaq ki, “Çiçəklənən Ermənistan” partiyasının üzvü olan Karapetyan şənbə günü Yerevanda restoranların birində odlu silahla qətlə yetirilib. Onun qətlində başlıca şübhəli Qaragözyan hesab edilirdi.

 

Karo Karapetyan

 

Yazarlar