Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda sürət həddi aşağı salındı

  36
19:12 07-10-2018
Şriftin ölçüsünü dəyiş  

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, bəzi küçə və prospektlərdə sürət həddi aşağı salınıb.

 

Bu barədə Paralel.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

 

O qeyd edib ki, Heydər Əliyev prospekti -Hava limanı avtomagistralının bəzi hissələrində zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib:

“Eyni zamanda, elektron tablolarda sürüşkən yol işarəsi qoyulub. Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin, metereoloji amilləri nəzərə alsınlar”.

Yazarlar