Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanlı pəhləvanlar Rusiyanı heyran qoydular - VİDEO

  40
00:25 25-09-2018
Şriftin ölçüsünü dəyiş  

Rusiyanın Birinci kanalının efirində yayımlanan talant şousu “Я могу!”nun (Mən bacararam) budəfəki iştirakçıları azərbaycanlı pəhləvanlar Hüseyn və Laçın Əbdülhüseynovlar olublar. Paralel.az xəbər verir ki, onlar göstərdikləri şou ilə tamaşaçıları təəccübləndiriblər.

 

“Biz layihəyə ona görə gəldik ki, əsl kişilərin heç nədən qorxmadığını göstərək”, - deyə qardaşlar efirdə bildiriblər.

 

Proqramın aparıcısı Leonid Yakuboviç söyləyib ki, bundan sonra Əbdülhüseynov qardaşlarını kim görsə, onların ağlına Azərbaycan gələcək:

 

“Alimlər, müğənnilər, rəssamlar, aktyorlar öz ölkələrini məşhur edir. Ancaq mən əminəm ki, bundan sonra kimsə Azərbaycanın adını çəkəcəksə, o zaman bu iki qardaş ağıllara gələcək, yaxud da bunun əksi baş verəcək”.

 

Qeyd edək ki, Əbdülhüseynov qardaşları bundan öncə başqa bacarıq yarışmalarında da iştirak edib.

 


VIDEO

Yazarlar