Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan, İran və Gürcüstanın enerji sistemləri birləşdirilir

  38
21:45 24-09-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan-İran-Gürcüstan elektrik dəhlizinin yaradılması prioritet məsələlərdən biridir. Paralel.az xəbər verir ki, bunu “Trend”ə Azərbaycan Energetika Nazirliyindən bildiriblər.

 

Nazirlikdən deyiblər: “Azərbaycan və Gürcüstanın enerji sistemləri arasında elektrik enerjisi idxal-ixracının mövcud texniki gücü 650 meqavatt, Azərbaycan və İran arasında 400 meqavatt təşkil edir. Bu güclərin artırılması ilə bağlı tədbirlər aparılır, həmçinin Azərbaycan-İran-Gürcüstan enerji dəhlizinin inkişafı üzrə danışıqlar gedir”.

 

Qeyd olunub ki, hazırda Rusiya Energetika Nazirliyi ilə “Yaşma-Dərbənd” ikinci dövlətlərarası elektrik ötürücü xəttinin tikilməsi barədə danışıqlar aparılır:

 

“Azərbaycan, Rusiya və İran energetika nazirləri müavinlərinin bu ilin aprelində Bakıda keçirilmiş üçtərəfli görüşü zamanı Azərbaycan və Rusiyanın enerji sistemləri arasında 330 kilovoltluq “Yaşma-Dərbənd” ikinci dövlətlərarası elektrik ötürücü xəttinin tikilməsi ilə bağlı tədbirlər barədə razılıq əldə edilib. Bu razılıq əsasında işçi qrupu çərçivəsində iki ölkə nümayəndələri arasında müzakirələr davam etdirilir”.


Yazarlar