Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakıda vulkan püskürdü - FOTO +

  57
12:45 23-09-2018
Şriftin ölçüsünü dəyiş  

Bakı şəhəri Qaradağ rayonu ərazisində vulkan püskürüb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayevin Paralel.az-a verdiyi məlumata görə 23 sentyabr 2018-ci il tarixində saat 08:53 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən, “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”na daxil olan Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib. 


İkinci püskürmə saat 09: 58 radələrində qeydə alınıb. Hazırda püskürmə prosesi davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb. 


Xatırdaq ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib.


Yazarlar