Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Atdan yıxılan çoban ağır xəsarət aldı

  43
00:45 23-09-2018
Şriftin ölçüsünü dəyiş  

Mingəçevir şəhərində heyvanları otaran çoban atdan yıxılaraq qabırğalarını sındırıb. Paralel.az ”Report”a istinadən xəbər verir ki, hadisə "Tərəvəzçilik" adlanan yaşayış massivinin yaxınlığındakı otlaqda baş verib.

 

Belə ki, otlaqda mallarını otaran 1956-cı il təvəllüdlü Şuşa rayon sakini Ədalət İbrahim oğlu Kərimov ehtiyatsızlıqdan atdan yıxılıb. Nəticədə onun qabırğaları qırılıb və digər ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.


Yazarlar