Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır  

  20
17:10 19-09-2018
Şriftin ölçüsünü dəyiş  

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci km-lik hissəsində təmir işləri davam etdirilir.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Paralel.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, yolun sözügedən hissəsində Quba istiqaməti üzrə aparılan təmir işləri artıq yekunlaşdırılıb. 20 sentyabr tarixindən yolun əks, yəni Bakı şəhəri istiqamətində olan hissəsində təmir işlərinə start verilir. Təmir işləri bir neçə gün ərzində davam etdiriləcək. Bu müddət ərzində magistralın sözügedən hissəsində Bakı şəhəri istiqaməti üzrə hərəkət tam olaraq məhdudlaşdırılacaq.


Alternativ olaraq sürücülər magistralın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

 

 

 


Yazarlar