Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Musiqili Teatrın 2 əməkdaşı mükafatlandırıldı +

  19
15:35 19-09-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan Prezidentinin sərəncamı ilə yüksək fəxri adlara layiq görülmüş incəsənət xadimlərinə Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən mükafatlar təqdim edilib.

 

Paralel.az xəbər verir ki, onların sırasında Musiqili Teatrın 2 əməkdaşı –quruluşçu rəssam Nabat Səmədovaya “Əməkdar rəssam”, quruluşçu baletmeyester Yelena Ağayevaya isə “Əməkdar artist” fəxri adlarını təsdiq edən vəsiqələr verilib.

 

Musiqili Teatrın hər iki əməkdaşı onlara verilən fəxri ad üçün ölkə rəhbərliyinə və Mədəniyyət nazirliyinə minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, Əməkdar rəssam Nabat xanım  uzun illər digər incəsənət qurumlarında çalışsa da, son dövr yaradıcılığı Musiqili Teatrla sıx bağlı olmuşdur. Teatrda S. Fərəcov, Ə. Əmirli “Səhnədə məhəbbət”, O. Rəcəbov, A. Babayev “Əlin cibində olsun”, R. Mustafayev, C. Məmmədov “Məsmə xala dayımdır”, R. Əkbər “Bəydullanın möhtəşəm toyu”, S. Fərəcov, R.N. Güntəkin “Bir günlük siğə”, Üzeyir Hacıbəyli "Arşın mal alan”, Mark Kamoletti "Xoşbəxt ailə oyunu oynayırıq və ya fransızsayağı qarnir”, Emin Sabitoğlu, Cahangir Məmmədov “www.ferzeli-kef.com”, Jan Botis Molyer “Skapenin kələkləri”, Ə.Haqverdiyev "Kimdir müqəssir?” tamaşalarına bədii tərtibat vermişdir. Ümumən,  30 ildən  çox iş stajına malik olan rəssam 60-dan artıq  tamaşanın, 14 televiziya filminin quruluşçu-rəssamı olmuşdur.

 

Yеlеnа Аğаyеvа da demək olar ki, bütün ömrünü həyat yoldaşı, Musiqili Teatrın baş baletmeyesteri, Əməkdar artist Zakir Ağayevlə bərabər teatra  bağlayıb. Yelena xanım tеаtrdа işlədiyi müddət ərzində “О оlmаsın, bu оlsun”, “Hələlik”, “Bаnkir аdаxlı”, “Səhnədə məhəbbət”, “Məhəbbət оyunu”, “Qırmızı pаpаq”, “Şən dul qаdın”, “Əlin cibində оlsun”, “Məsmə xаlа dаyımdır” “Mаritsа”, “Tаlеlər qоvuşаndа”, “Vоlqаlı cаnаn”, “Silvа”, “Çılğın Qаsqоniyаlı”, “Bir günlük siğə”, “Аldın pаyını, çаğır dаyını”, “Şеytаnın yubilеyi” tаmаşаlаrındа baletmeyester kimi iştirаk еtmişdir.

 

“Bu mükafatlar mədəniyyətimizə - teatr və incəsənətimizə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir, bizim çiyinlərimizə düşən məsuliyyətdır. Biz bundan sonra da maddi-texniki bazası müasir dünya standartlarına cavab verən, möhtəşəm teatrımızda daha da səylə, ruh yüksəkliyi ilə çalışacağıq. Teatr bizim milli sərvətimizdir”-deyə Yelena Ağayeva sevincini belə bölüşüb.

 

 


Yazarlar