Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Dünyadakı süni intellekt şirkətlərinin sayını açıqlanıb

  42
23:40 18-09-2018
Şriftin ölçüsünü dəyiş  

Sinxua Universitetinın nəzdində fəaliyyət göstərən Çin elm və texnologiyalar sahəsi üzrə siyasət institutu tərəfindən hazırlanan hesabata görə, Çinin materik hissəsində 1011 süni intellekt şirkəti var. Paralel.az dailycomm.ru saytına istinadən xəbər verir ki, bu göstərici dünya süni intellekt şirkətlərinin sayının 20,53 faizinə bərabərdir.

 

Məlumata görə, Çin süni intellekt şirkətlərinin sayına görə yalnız ABŞ-dan geri qalır. Orada belə şirkətlərin sayı iki minə çatır. Liderlər beşliyinə, həmçinin Böyük Britaniya, Kanada və Hindistan daxildir.

 

ABŞ süni intellekt şirkətlərinin sayına görə Çini üstələsə də, süni intellekt üzərində çalışan şirkətlərin əksəriyyəti (395) Pekində yerləşir. Liderlər üçlüyündə, həmçinin müvafiq olaraq 287 və 274 süni intellekt şirkəti ilə ABŞ-ın San-Fransisko və Britaniyanın London şəhərləri yer alıb. Bundan başqa, Şanxay, Şençjen və Xançjou süni intellekt şirkəti çox olan şəhərlərin ilk iyirmiliyində qərarlaşıb.

 


Yazarlar