Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Əhalinin banklarda 8 milyarda yaxın pulu var

  55
22:40 18-09-2018
Şriftin ölçüsünü dəyiş  

2018-ci il avqust ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 049,5 milyon manat təşkil edib. Paralel.az “Trend”ə istinadən xəbər verir ki, əmanətlərin 62,3 faizi xarici, 37,7 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 1,7 dəfə artıb, xarici valyutada əmanətlər isə 0,5 faiz azalıb.

 

2018-ci il avqust ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 170,7 milyon manat təşkil edib.

 

Ümumi kredit portfelinin 9 milyard 783,9 milyon manatı və ya 80,4 faizi uzunmüddətli kreditlərin payına düşüb.

 

Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

 

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 782,1 milyon manat olub və ümumi kredit portfelinin 14,6 faizini təşkil edib.


Yazarlar