Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Xarici vətəndaşın mağazasını yaran azərbaycanlı tutuldu  

  14
16:10 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

Türkiyə Respublikasının vətəndaşı Temiz Serkan Necati Goranboy Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus, rayon ərazisindəki pərdə-tül mağazasına sentyabrın 11-dən 12-nə keçən gecə naməlum şəxs və ya şəxlər gizli yolla daxil olaraq oradakı seyfdən 17.000 ABŞ dolları məbləğində pul oğurlayıb.


DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Paralel.az-a verilən məlumata görə, dərhal Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, həmin mağazada sürücü işləyən Ağasəf Seyidov şübhəli qismində saxlanılıb. İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və bu işdə ona tanışı Elmir Əliyevin kömək etdiyini bildirib.

Davam etdirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsi olaraq Elmir Əliyev respublikanı tərk etmək istəyən zaman saxlanılıb.

  

Faktla bağlı araşdırmalar davam etdirilir.


Yazarlar