Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Onların hər şeydən öncə diqqətə ehtiyacı var - GÖZDƏN ƏLİLLƏRİN...  

  11
15:10 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycanda fiziki qüsurlu, xüsusən də görmə qabiliyyəti zəif olan insanlar müxtəlif problemlərlə üzləşirlər. Digər dünya ölkələrinin təcrübəsindən isifadə etməyə çalışan hökümət mümkün qədər şərait yaratsa da, cəmiyyətdəki fərqli yanaşmalar bu insanların o şəraitdən yararlanmasına maneçilik törədir.

Statistik məlumatlara əsasən, hazırda Azərbaycanda 45000-ə yaxın gözdən əlil yaşayır. Bu barədə Paralel.az-a Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədr müavini Reyhan Cəfərova məlumat verib.

 

Göz əlilliyinin səbəbləri

 

O qeyd edib ki, göz xəstəlikləri üçün əsas səbəb irsiyyətdir:

“Göz üçün əlillik səbəbi olan xəstəliklər əsasən, qlaukoma, katarakta və torlu qişanın müxtəlif patologiyalarıdır. Yəni göz işığının itirilməsi üçün əsas anadangəlmə xəstəliklər bunlardır.

Şəkidə, Zaqatalada yod çatışmazlığından zob xəstələrinin, yenə də Şəkidə, Zaqatalada, Qax və Balakəndə radiasiyanın geniş yayılması ilə bağlı xərçəng xəstələrinin sayı çoxdur. Amma göz xəstəlikləri bölgələr üzrə təsnifatlandırılmır. Bu elə bir xəstəlikdir ki, respublika üzrə cüzi fərqlərlə yayılıb. Sözsüz ki, şəkər, zob xəstəliyi olanların göz xəstəliyinə tutulma ehtimalı yüksəkdir. Amma konkret bölgə adı çəkmək olmaz.

Ümumilikdə şəkər xəstəliyi, revmatizmlə bağlı xəstəliklər, hipertoniya, infeksion xəstəliklər, endokrinoloji sonradan göz əlilliyinə səbəb ola bilər.

Eyni zamanda, Qarabağ ətrafında gedən müharibə zamanı alınan xəsarətlərdən sonra gözdən əlillərin sayı artıb. Ümumiyyətlə, keçirilən stress, əsəb, narahatlıqlar göz işığının itirilməsinə səbəbdir. Yaş faktoru da burada xüsusi yer tutur. 50 yaşdan sonra göz xəstəlikləri riski artır”.

 

Göz işığının itirilməsində müharibə faktoru

 

Sədr müavini bildirib ki, bu xəstəlikdə irsi amillər üstünlük təşkil etdiyindən, gözdən əlil insanların bir-birilə ailə qurması daha məqsədəuyğun hesab edirlir:

“Onlar evləndikdən sonra da əksərən övladları bu cür patologiya ilə doğulurlar. Ümumilikdə, xəstələrdən 40 faizi kişilər, 30 faizi qadınlar, 30 faizi uşaqlardır. Kişilərin xəstəliklərdə payının çox olması müharibədə travma amililə bağlıdır.

 

MİQ-də maksimum 58 bal toplayan gözdən əlil müəllim

 

R.Cəfərova qeyd edib ki, gözdən əlillərin əsas problemi məşğulluqla bağlıdır:

“Təhsillə bağlı problemləri yoxdur. Onlar yaxşı oxuyurlar. Dövlət İmtahan Mərkəzi tərəfindən də çox yaxşı şərait yaradılır. Əsas problemləri işlə bağlıdır. Gənclərimiz daha çox inteqrasiyalı işləmək istəyirlər. İşləmək üçün iştirak etdikləri Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqələrində də yüksək nəticə göstərirlər. Onlar da adi ümumtəhsil məktəbində işləmək istəyirlər.

MİQ-dən də keçirlər, amma işə götürmürlər. Bu yaxınlarda belə problem oldu, direktor MİQ-də 58 bal toplayan müəlimimizi işə qəbul etmirdi. Nəinki direktor, cəmiyyət qəbul etmir. Direkto deyirdi “görməyən adam necə müəllim işləyəcək”. Bizim müəllim tarixi bitirmişdi. Belə problemlərlə çox rastlaşırıq. Fikirləşirlər ki, gözü görmürsə, işinin öhdəsindən gələ bilməyəcək. Tarix müəlliminin nə problemi olacaq, bir jurnal yazmaqdan başqa? Onu da yoldaşlarının köməkliyilə həll edə bilər. Axı bu insan müsabiqədə maksimim nəticə 60 bal olduğu halda, 58 bal toplayıbsa, niyə işləməməlidir?

Hazırda Təhsil Nazirliyilə danışıqlar gedir, bu cür insanalrın işə cəlb edilməsilə bağlı. Sevindirici haldır ki, Təhsil Nazirliyi də istəklərimizi nəzərə alır, qarşı çıxmır. Hətta bizim gənc müəllimlərin imthanlarla cəlb edilməsində yaxından köməklik edirlər. Əsas cəmiyyət tərəfindən qəbul olunmalıdır. Bu yaxınlarda həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qolu olmayan, gözdən əlil gənc işə götürüldü, hazırda mühəndis işləyir.

Görməsini 100 faiz itirən üzvümüz Elnur bəy Kembricdə təhsil alıb, hazırda ADA Universitetində kafedra müdiri, professordur”.

 

Qeyd edək ki, son göstəricilərə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyası ilə təmin olunanlardan 8 575 nəfəri gözdən əlillərdir. Onlara ödənilən əmək pensiyasının orta aylıq məbləği 286,4 manat təşkil edir. Əmək pensiyası almaq hüququ olmayan gözdən əlillər isə aylıq sosial müavinətlə təmin edilirlər. Eyni zamanda, əmək pensiyası hüququ olmayan ümumi səbəblərdən I qrup əlilliyi olan şəxslərə, o cümlədən I qrup gözdən əlillərə aylıq sosial müavinətlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri də ödənilir.


Yazarlar