Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Elçin Quliyev Libermanla sərhəddəki əməliyyat şəraitini müzakirə etdi 

  13
14:35 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin Müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nü­mayəndə heyətini qəbul edib.

 

Paralel.az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin aparatında Aviqdor Libermanın təntənəli qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq İsrail Dövlətinin rəsmisi “Fəxri qonaq kitabı”na ürək sözlərini yazıb. 

 

Geniş tərkibdə keçirilmiş görüşdə Azərbaycan Respublikası və İsrail Döv­ləti arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, hərbi-texniki və təhlükəsizlik sahələrində birgə fəaliyyətlərin uğur­la həyata keçirilməsi xüsusi vurğulanıb.

 

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının dövlət sərhədlərindəki əməliyyat şəraiti, Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə edildiyi və möv­cud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğunu vurğulayıb.

 

Son dövrdə Azərbaycan Respublikasının sərhəd mühafizə sisteminin təkmilləş­diril­məsi istiqamətində həyata keçirilən islahatlar, maddi-texniki bazanın müasirləş­dirilməsi və gücləndirilməsi üzrə görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə məlumat verib.  

 

Müzakirələr zamanı regionda cərəyan edən hadisələr, sərhəd təhlükə­sizliyinə olan çağırışlar və təhdidlər ətrafında fikir mübadiləsi aparılıb, birgə  əməkdaşlığın gələcək perspektivləri və istiqamətləri nəzərdən keçirilib, ikitərəfli əlaqələrin uğurla inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərin davam etdiril­məsinin vacibliyi vurğu­lanıb.

 

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.


Yazarlar