Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“İnsanlığın qətl günü”nün təqdimatı

  10
13:45 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün“Qadın Konsensus Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Xocalı soyqırımı haqqında xarici dildə elektron portalın yaradılması” layihəsi çərçivəsində hazırladığı www.xocali.ws saytı və “İnsanlığın qətl günü” qısametrajlı filmin təqdimatını keçirib.

 

Paralel.az xəbər verir ki, layihənin rəhbəri, “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin sədri Aynur Camalqızı öncə Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi təklif edib.

Daha sonra layihə barədə məlumat verən Aynur Camalqızı bildirib ki, 4 ay davam edən layihə çərçivəsində Xocalı soyqırımı barədə əldə olan məlumatların ingilis və rus dillərində oxuculara çatdırmaq üçün www.xocali.ws elektron portal yaradılıb.

“Bilirsizniz ki, Xocalı soyqırımı ilə bağlı bu günə qədər çoxlu sayda kitablar, broşürlər nəşr olunub, filmlər çəkilib, amma faciə barədə bütün məlumatları özündə əks etdirən ingilis və rus dillərində internet resursu çox az saydadır.
Xocalı soyqırımına aid yaratdığımız bu portalda dəhşətli faciənin şahidlərinin ifadələri, tarixi sənədlər əks olunub, faciənin xronologiyası təqdim edilib”
A.Camalqızı qeyd edib ki, saytda təkcə Xocalı soyqırımı ilə bağlı məlumatlar deyil, 1905, 1918-ci illərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımları, 1948-53 və 1988-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyası faktları ayrıca bölmə şəklində işıqlandırılıb: “Sayt üzərində işlər davam etdirilir. Xocali.ws saytının fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindəyik”.
A.Camalqızı qeyd edib ki, Xocalı soyqırımının dünyada tanınmasında "Xocalıya ədalət!" kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti böyükdür.

“50-dən artıq ölkəni əhatə edən kampaniyanın uğurla həyata keçirilməsi nəticəsində dünyanın bir sıra ölkələrinin parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı Xocalı qətliamını soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanıyıb. Bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 100-ə yaxın ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib”.

Daha sonra natiq layihə çərçivəsində hazırlanan “İnsanlığın qətl günü” qısametrajlı filmi barədə iştirakçılara məlumat verib. Qeyd edib ki, 15 dəqiqəlik filmdə Xocalı soyqırımına aid görüntülər, faktlar öz əksini tapıb və faciə şahidlərinin çıxışları yer alıb. Film həm də ingilis dilində altyazı formatında hazırlanıb.

 

Filmin təqdimatından sonra tədbir iştirakçıları soyqırımı ilə bağlı çıxışlar ediblər

 


Yazarlar