Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Səməd Seyidov: “Ermənilər növbəti məsuliyyətsiz addımlara əl atıblar”  

  10
13:15 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

“Ermənistan tərəfindən növbəti məsuliyyətsiz bəyanatlar, fikirlər səsləndirilir. Bu gün də bunun şahidi olduq”.

 

Paralel.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov adıçəkilən komitənin sentyabrın 14-də keçirilən iclasında deyib.

 

Komitə sədri Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətini məsuliyyətsizlikdə ittiham edib.

 

“Bildiyiniz kimi, Ermənistan hakimiyyət dəyişikliyindən sonra AŞPA-da hələ də keçmiş rəhbərliyin müəyyənləşdirdiyi nümayəndə heyəti ilə təmsil olunur. İndi onlar Paşinyan hökumətinin formalaşdıracağı nümayəndə heyətində hansısa formada yenidən təmsil olunmaq üçün növbəti məsuliyyətsiz addımlara əl atıblar.

Onların verdiyi bəyanatda həqiqətə əks etdirən məqam yoxdur, hamısı tamamilə məntiqsiz ifadələrdir. Onlar Ermənistan rəhbərliyinin, Paşinyan hökumətinin məsuliyyətsiz bəyanatlarını təkrarlayır, eləcə də, Paşinyanın demək istədiklərini səsləndirirlər. Ancaq bunların heç bir faydası yoxdur”, - deyə komitə sədri əlavə edib.

 

 


Yazarlar