Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Məleykə Abbaszadə İmişlidə vətəndaşları qəbul edəcək

  14
10:40 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

 Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İmişli rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən Paralel.az-a verilən məlumata görə, qəbulda İmişli, Füzuli, Beyləqan, Zərdab, Bərdə, Tərtər, Ağcabədi, Ağdam rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul sentyabr ayının 21-də, saat 11:00-da İmişli rayon H.Əliyev Mərkəzində (ünvan: İmişli rayonu, 20 Yanvar küçəsi, 2) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-in Şirvan Regional Bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, 14-20 sentyabr 2018-ci il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) yuxarıda qeyd olunan rayonların Təhsil Şöbələrində saat 10:00-dan 17:00-dək qəbula yazılmaq üçün qeydiyyat aparılacaq.


Yazarlar