Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Daşkəsəndə oğul ata və anasını BALTALAYIB

  39
22:35 13-09-2018
Şriftin ölçüsünü dəyiş  

Daşkəsəndə həbsdən çıxan oğul ata və anasını baltalayıb. Modern.az “Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində törədilib. Həmin kənddə yaşayan, 1944-cü il təvəllüdlü İlyas Həmzə oğlu Bağırov və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Tamara Mövsüm qızı Bağırova öz oğlu, Firdovsi İlyas oğlu Bağırov tərəfindən baltalanıblar. Hər iki şəxs baş və üz nahiyələrindən çoxsaylı ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

 

Hazırda reanimasiya şöbəsində müalicəsi davam edən ər və arvadın vəziyyətinin ağır olduğu bildirilir.

 

Məlumata görə, F.Bağırov həbsxanadan yeni çıxıb. Hadisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.


Yazarlar