Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ölkəmizdəki dinlərarası xoş münasibət
dünyanın əksər ölkələrində yoxdur

  18
20:28 13-09-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan Demokratik Cümhuriyyətinin parlamentində müxtəlif xalqların nümayəndələri təmsil olunurdu

 Tarixin bütün mərhələlərində Azərbaycan dövləti ölkənin milli-etnik və çoxkonfessiyalılığını qorumağa çalışıb. Azərbaycan dövləti heç vaxt etnik və dini azlıqların assimilyasiyasını məqsəd kimi qarşısına qoymayıb. Əksinə, tarixi faklar da sübut edir ki, Azərbaycan dövləti hər zaman milli və dini azlıqların hüquqlarının qorunması istiqamətində mühüm addımlar atıb. Məsələn, Azərbaycan Demokratik Cümhuriyyətinin İstiqlal Bəyannaməsində etnik, dini, gender mənsubiyyətindən, sosial vəziyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının siyasi hüquqlarının qorunmasının vacibliyi xüsusi qeyd olunmuşdu. Azərbaycan Demokratik Cümhuriyyətinin bu maddəyə əməl etməsinin bariz nümunəsi kimi hökumətin tərkibində nazir kimi, parlamentin tərkibində deputat kimi müxtəlif xalqların nümayəndələrinin fəaliyyət göstərdiklərin qeyd etmək olar.

Ölkəmizin dövlət müstəqilliyinin bərpa olunması, xüsusilə də Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişaf etdirilməsi üçün real şərait yaratdı. Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə  və multikulturalizm və tolerantlıq siyasətinin əsasını qoydu və multikulturalizmin hüquqi və siyasi müstəvidə yerini müəyyən etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi. Ulu Öndərin rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan Respublikasının multikulturalizm siyasətini əsas müddəaları aydın şəkildə göstərildi. Azərbaycan Respublikasının multikulturalizm və tolerant ənənələrinə sadiqliyi digər hüquqi-normativ sənədlərdə də öz əksini tapıb.

Heç şübhəsiz ki, müasir dövrdə Azərbaycan Respublikasının dünyanın ən tolerant ölkələrindən birinə çevilməsində dövlətin rolu tək hüquqi- normativ sənədlərin qəbulu ilə məhdudlaşmır. Bu istiqamətdə dövlət digər mühüm işlər də görür. Belə işlər sırasında milli azlıqların siyasi hakimiyyətin bütün qollarında təmsil olunmalarını, yüksək vəzifə tutmalarını, onların ana dillərində məktəblərin fəaliyyət göstərməsini, qəzet və jurnalların nəşr olunmasını, radio verilişlərinin təşkil olunmasını və s. göstərmək olar.

Dövlətin tolerant və ayrı-seçkilik münasibətini milli azlıqlarla yanaşı, müxtəlik dini icmaların nümayəndələrinə münasibətdə də görmək olar. Azərbaycan Respublikasının din siyasətinin əsas xüsusiyyətlərindən, o cümlədən üstünlüklərindən biri ölkədə rəsmi qeydiyyatdan keçmiş dini icmalara dövlət tərəfindən eyni münasibətin göstərilməsidir. Bu icmalara dövlət hərtərəfli yardım, o cümlədən maliyyə yardımı göstərir. Bakıda və bir çox regionlarımızda olan dini məbədlər dövlətin dəstəyi ilə tikilir və ya bərpa edilir. Azərbaycan hökumətinin dini icmalara eyni cür münasibəti dinlərarası münasibətlərin inkişafına, müxtəlif dini icmaların bir-biri ilə əməkdaşlıq etmələrinə səbəb olan əsas faktorlardandır. Ölkəmizdə müşahidə olunan dinlərarası xoş münasibət dünyanın əksər ölkələrində yoxdur. Bu da müasir dövrdə ölkəmizin dünyanın ən tolerant ölkələrindən biri olmasına dair daha bir əyani göstəricidir.

Bununla yanaşı, dünyanın bütün çoxdinli ölkələrində dini radikalizmin inkişaf etməsi, onun siyasi arenada populyarlaşması ehtimalı həmişə olub. Buna görə də ölkə əhalisi azı iki dinə etiqad edən dövlətlərdə hökumətlər dini radikalizm və dini qarşıdurma meyillərinə qarşı daim mübarizə aparmalı, bu məsələlər mütəxəssislər tərəfindən müzakirə edilməli və istənilən dəyişikliklərə adekvat reaksiyalar verilməlidir. Çünki, indiki dövrdə bir dinə biət edən müxtəlif təriqətlər belə, öz aralarında qanlı toqquşmalara qədər radikallaşa bilirlər. Məsələn, Azərbaycanda son 15-20 il ərzində geniş yayılan Vəhhabilik təriqəti İslamın bütün dicər təriqətlərini inkar edir, öz tərəfdaşlarından başqa -  dəgər təriqətlərə uyan insanları müsəlman saymırdılar. Bu o zamanlar baş verirdi ki, Azərbaycan əhalisinin heç 10 faizi belə həqiqi İslam dini barədə minimum bilgilərə malik deyildilər. Hal-hazırda da paytaxtda və bölgələrdə İslam qiyafəsi altında baxıcılıq və falçılıq edən insanlar var ki, vətəndaşlarımız onlara inam və hörmət bəsləyir. Əslində isə İslam dinində falçılıq, və ya öncəgörmə kimi vərdişlər haramdı. Həqiqi müsəlman belə möhtəkirlər və fırıldaqçılara qarşı mübarizə aparmalı, onlara inam bəsləməməli və yeri gəldikcə belələrini ifşa etməlidir. Yəni cəmiyyət özü İslamdan müxtəlif vasitələr üçün istifadə edilməsinə qarşı etirazını bildirməli, ən azı onların qapısını döyməməlidir. Lakin bunun üçün vətəndaş həqiqi İslamın nədən ibarət olduğunu bilməlidir. Bunun üçün isə vətəndaş hardasa maariflənməli, İslamı mükəmməl öyrənmək imkanlarına malik olmalıdır. Başqa sözlə desək, bu bilgiləri vətəndaşa həyatı boyu məktəbdə, məsciddə, vətəndaş cəmiyyəti institutlarının və dövlət qrumlarının keçirdiyi maarifləndirici tədbirlərdə öyrənməlidirlər. Bu bilgilər vətəndaş üçün asan və əlçatan olmalıdır. Bu prosesə o vaxta qədər dəstək verilməlidir ki, ən azı cəmiyyətin yarısı, biət edib-etməməsindən asılı olmayaraq, həqiqi islamın nədən ibarət olduğunu öyrənsin, onu ehkamçılıqdan, məhsəb təəssüfkeşliyindən və xurafatdan ayırmağı bacarsın.

Azərbaycanda bu istiqamətdə həm dövlət qrumları, həm də vətəndaş cəmiyyəti institutları xeyli iş görürlər. Qafqaz Müsəlmanları Dini İdarəsinin tərkibində fəaliyyət göstərən bütün məscidlərdə həvəskar vətəndaşlara quran dərsləri, təcvid kursları və hədislərin açılmasını öyrədirlər. Bir çox vətəndaş cəmiyyəti institutları da analoji maarifləndirmə tədbirləri həyata keçirirlər. Lakin təcrübə göstərir ki, bunlar qarşıya qoyulan hədəflərə çatmaq üçün kifayət etmir. Fikrimizcə, ölkənin bütün orta və ali tədris ocaqlarında İslam dini bir fənn olaraq, könüllü valideyinlərin də razılığı ilə tədris olunmalıdır. Yəni hər bir məktəbdə belə bir kurs təşkil etmək olar, kim arzulayırsa, uşağını bu kurslara yazdırır, amma bunun pulunu dövlət ödəyir. Bu təcrübə bir çox müsəlman ölkələrində mövcuddur, dünyəvi təhsillə yanaşı, dini təhsil imkanları da dövlət tərəfindən yaradılır.

Azərbaycanda isə hələlik ancaq təbliğat və maarifləndirmə işləri aparılır. Müxtəlif konfranslar, seminarlar və toplantılar yolu ilə vətəndaşlara dinlər və millətlər arasında birgəyaşayışın labüdlüyü təbliğ olunur. Çünki dini və milli radikalizm bəşəriyyət üçün böyük təhlükədir. Bu təhlükəni yaradan bəzi qüvvələr öz məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edərək radikal qruplar yaradır, ekstremist çağırışlar edirlər. Əslində, bütün dinlər insanları daim sülhə, ədalətə, haqqa çağırır. Buna görə də qeyd etmək lazımdır ki, dini radikalizm və ekstremizmə qarşı mübarizə bəşəri xarakter daşıyır. Dinin siyasiləşdirildiyi və müəyyən qrupların əlində alətə çevrildiyi zaman radikal qruplar meydana gəlir, bu təkcə İslam dinində deyil, digər dinlərdə də özünü büruzə verir. Buna görə də, dünyanı təhdid edən terrorizm, dini ekstremizm və radikalizmlə mübarizə Azərbaycan üçün də mühüm önəm kəsb edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılması məqsədilə müxtəlif formatlarda çoxsaylı tədbirlər həyata keçirir. Dövlət Komitəsi bu sahədə görülən işlərin səmərəsinin artırılması məqsədi ilə Baş Prokurorluq, Daxili İşlər və Müdafiə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və digər müvafiq dövlət qurumları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir.

Dini radikalizmə qarşı mübarizə hüquqi, ideoloji və iqtisadi istiqamətlərdə aparılır. Dini ekstremizm və radikalizmə qarşı səmərəli mübarizə istiqamətində ayrı-ayrı qurumların səylərinin birləşdirilməsi, fəaliyyətinin əlaqələndirilməsi də mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, bu gün nəinki regionun, hətta dünyanın ən sabit və dinamik inkişaf edən ölkələrindən biridir. Bunun da əsas səbəbi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uğurlu inkişaf siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün reallıqları nəzərə alınmaqla müvəffəqiyyətlə davam etdirilməsidir.

Bu baxımdan, bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin müstəsna vəzifəsidir. Din dövlətdən ayrı olsa da, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır.

Buna görə də, dini radikalizm və ekstremizmlə mübarizə, milli mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, həmçinin radikalizmə və fanatizmə alternativ kimi ənənəvi İslam dəyərlərinin dirçəldilməsi məqsədilə dini maarifləndirmə istiqamətində respublikanın bütün bölgələrində kompleks tədbirlər təşkil olunur. Bu istiqamətdə atılan addımlar fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrı-seçkilik hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın və multikulturalizmin gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması baxımındın da böyük əhəmiyyət daşıyır.

  

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar