Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Maarifləndirmə tolerantlıq
mühitini qoruyan amillərdən biridir

  63
19:42 12-09-2018
Şriftin ölçüsünü dəyiş  

Tolerantlığın təbliği həm dövlət qurumları, həm də ictimai təşkilatlar tərəfindən həyata keçirilir
 İstənilən poletnik və çoxmədəniyyətli cəmiyyətdə münbit şərait yaratmaq üçün dövlət bir neçə vasitədən istifadə etməlidir.

Birincisi, bütün etnik qrupların, fərqli mədəniyyətə aid insan qruplarının vətəndaş hüquqlarını bərabər səviyyədə təmin edə biləcək qanunvericilik bazası yaradılmalıdır. Bununla yanaşı, dövlət bu qanunların işləməsi üçün hərtərəfli təminat verməlidir. Bu, yalnız inzibati yollarla cəmiyyətdə multikultralizmə töhfə vermək üsulu sayıla bilər. Amma cəmiyyətin hüquqi və mədəni həyatını əhatə edən bir məsələni yalnız hüquq müstəvisində çözmək düzgün olmazdı. Ona görə də problemin həlli, sabitliyin yaradılması və qorunması üçün müxtəlif forma və vasitələrdən istifadə olunması daha məqsədəuyğundur. Bu baxımdan tolerantlıq mühitini formalaşdırmaq və qorumaq üsullarından biri də maarifləndirmə metodudur. Maarifləndirmə hərəkətverici mənbəyinə görə iki formada həyata keçirilir. Bir tərəfdən dövlət qrumları bu missiyanı dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirir. Bu tədbirlərin təşkili o qədər də çətin məsələ deyil. İlk əvvəl bu işi reallaşdıra biləcək dövlət qrumu yaradılır, tədbirlər planı tutulur və dövlət büdcəsi hesabına reallaşdırılır. Azərbaycanda bu işi əsasən Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir və il boyu biz mətbuatdan bu barədə informasya əldə edə bilirik. Digər tərəfdən bu sahədə dövlət sityasəti elə qurulmalıdır ki, cəmiyyət - vətəndaşlar və vətəndaş cəmiyyəti institutları bu cür maarifləndirmə işinə maraq göstərsinlər, özəl tədbirlər həyata keçirərək dövlətə dəstək olsunlar. Azərbaycan hökuməti bu istiqamətdə də bir çox addımlar atıb. Belə ki, həm mətbuata, həm də qeyri-hökumət təşkilatlarına dövlət büdcəsi hesabına yardım fondları yaradıb və həmin fondlar cəmiyyətin hədəflədiyi istiqamətlərdə layihələr həyata keçirmək istəyən vətəndaş cəmiyyəti institutlarına maliyyə yardımları ayırır. Həmin istiqamətlər arasında məhz milli və dini tolerantlıq mövzusu da geniş yer tutur.

İndi isə sentrabr ayının ilk günlərində dövlət qurumları tərəfindən milli və dini tolerantlıq mövzusunda həyata keçirilən tədbir barədə söhbət açmaq istərdik.

Bildiyimiz kimi, hazırda Azərbaycan gəncliyinin əhəmiyyəti bir hissəsi hərbi və yarım-hərbi qrumlarda cəmləşib. Bu səbəbdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həmin kontingentin milli-mənəvi ruhunda tolerantlıq və multikultural dəyərlərin xüsusi yer alması üçün əlindən gələni əsirgəmir. Belə ki, sentyabrın 4-də Daxili Qoşunların Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin birgə Tədbirlər Planına uyğun olaraq "Radikal dini cərəyanların təbliğatında əsas metod və vasitələr" mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edənlər ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətlərindən, bu münasibətləri təmzimləyən normativ hüquqi aktlardan,  multikulturalizm və tolerantlıqdan bəhs ediblər. Eyni zamanda xalqımızın milli-mənəvi dəyərlər sisteminin ayrılmaz tərkib hissəsi olan ənənəvi dini dəyərlərin dərindən öyrənilməsinin və qorunub saxlanılmasının vacibliyi xüsusi qeyd olunub. Tədbirdə həmçinin radikal dini cərəyanların yaranmasından, dini mövhumat və xurafatdan, radikal cərəyanların təbliğat metodlarından və vasitələrindən danışılıb, dini radikalizmi yaymağa çalışanlara qarşı əks təbliğatın və tədbirlərin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. İştirakçılara, dini radikalizmin törətdiyi fəsadlar, dinin siyasiləşdirilməsinə yönəlik cəhdlər barədə də geniş məlumat verilib.

Elə həmin gün analoji tədbirlərdən biri də Laçın Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində keçirilib.

Tədbir hər il 21 sentyabr - "Beynəlxalq Sülh Günü" ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq  ölkəmizdə 21 avqust-21 sentyabr tarixlərində keçirilən "Sülh aylığı" layihəsi çərçivəsində gerçəkləşdirilib.

"Azərbaycan dövləti daima sülhün təminatçısıdır" mövzusu ilə bağlı çıxış edənlər ən ali insan hüququnun yaşamaq hüququ olduğunu bildirərək, Ermənistan-Azərbaycan münaqişəsi zamanı 20 min dinc sakinin ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini, bununla da onların yaşamaq hüququndan məhrum edilməsini bəşər tarixinin ən qanlı cinayəti adlandırıblar.

Sülh isə bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir məfhumdur. Dünyada sülh və əmin-amanlığı bərqərar etmək üçün bütün beynəlxalq təşkilatların, nüfuzlu dini mərkəzlərin və ölkələrin səylərinin birləşdirilməsi labüddür. Çünki sülh həm də tolerintlıq və dözümlülük deməkdir. Buna görə də ölkəmizdə tolerant mühitin qorunub saxlanılması və təşviqi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycan sülh naminə özünün tolerantlıq modelini dünyaya  nümunə kimi təqdim edir və buna haqqı var.

Tarix boyu ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrini dostluq və qardaşlıq münasibətləri birləşdirib. Ayrı-ayrı etiqad və inanclara malik insanların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan mədəni və mənəvi dəyərlər müstəsna rol oynayıb.

Dövlətimizin başçısı İlham Əliyevin daim diqqət mərkəzində olan milli və dini münasibətlərin tənzimlənməsi problemlərinin həlli, həm də bu sahədə aparılan maarifləndirmə işlərinin keyfiyyətindən asılıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, QHT-lərin və digər qurumların həyata keçirdikləri

maarifləndirmə tədbirlərinin əhəmiyyəti çox böyükdür. Dövlət başçısının dini konfessiyalara daim yüksək diqqət və qayğı göstərməsinin özü də maarifləndirmənin bir formasıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin apardığı maarifləndirmə işini, qabaqlayıcı tədbirləri, Qafqaz Müsəlmanları İdarəsi, yerli icra strukturları və digər qurumlar da dəstəkləyir və bunun səmərəsi daha çox olur. Bu da danılmaz həqiqətdir ki, Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Azərbaycanda tarixən İslam dininin müxtəlif təriqətlərinin birgəyaşayışı mövcud olub, lakin təriqətlərarası qarşıdurmalar heç zaman müşahidə edilməyib. Bu gün də məscidlərdə müxtəlif təriqətlərin daşıyıcıları dini ayinlərini bir yerdə icra edir, bir-birilərinə hörmətlə yanaşırlar. Buna görpə də, Məhərrəm ayı və Aşura tədbirlərinin məscidlərdə, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət olunmaqla həyata keçiriləcəyinə də heç bir şübhəmiz yoxdur. Artıq insanlarımız da başa düşürlər ki, bu və ya digər ayinlər həyata keçirilərkən qanuna əməl edilməlidir. Azərbaycan müsəlman dünyasının nümunəvi ölkəsidir və bu mərasimlərdə xurafata yol vermək olmaz. Xurafatın, radikalizmin qarşısının anlınmasında maarifləndirmə işinin gücləndirilməsi zərurəti var. Belə tədbirlər təkcə dövlət-din münasibətlərinin inkişafına, dindarların maarifləndirilməsinə deyil, həmçinin ölkə dindarlarının dövlətə etimadının daha da artmasına xidmət edir.

Buna görə də respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasəti ölkəmizdə yaşayan bütün millətlərin və dinlərin nümayəndələri tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün möhtərəm Prezident cənab İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Ölkəmizdə gündəlik həyat tərzinə, milli-mənəvi dəyərlərimizin tərkib hissəsinə çevrilən tolerantlıq və multikultural dəyərlər bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir.

Məlumdur ki, dövlət-din münasibətlərinin dünyadakı modelləri, sovet dövründə İslam dininə yanaşma çox fərqli olub. Müstəqilliyin bərpasından sonra Azərbaycan xalqının milli-mənəvi dəyərlərə qayıdışı prosesi heç də asan başa gədlməyib. Bəzi dairələrin İslam dininin ideoloji cəhətdən zəiflədilməsinə yönəlik fəaliyyətləri ölkəmizdə bu sahədə görülən işlərə kölgə salmaq xarakteri daşıyır. Buna görə də milli-mənəvi dəyərlərin qorunması, eləcə də tolerantlıq anlayışı, multikultural ənənələrin təbliği və təşviqi Dövlət Komitəsinin dini maarifləndirmə istiqamətində gördüyü işlərin əsas istiqamətlərini təşkil edir.  Dini radikalizmə və xurafata qarşı mübarizənin əhəmiyyəti və aktuallığı tələb edir ki, bu problemlərin müsbət həlli üçün dini mükəmməl öyrənmək lazımdır. Əgər dini mükəmməl bilməyən insanlar dini icmalara rəhbərlik edirlərsə, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq çox çətin olar.

Son illərin müşahidələri və Gəncə şəhərində baş verənlər də, bir daha sübut etdi ki, düşmən hər zaman ölkəmizdəki tölerant mühitə arxadan zərbə vurmaq üçün fürsət gözləyir. Buna isə heç zaman yol vermək olmaz.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar