Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

S-400-lər Türkiyəyə vaxtında çatdırılacaq

  15
15:45 21-08-2018
Şriftin ölçüsünü dəyiş  

Rusiyanın “Rosoboronoeksport” dövlət şirkətinin rəhbəri Aleksandr Mixiyev Türkiyə ilə müqavilənin vaxtında icra olunacağını bildirib.

Paralel.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, o, S-400 komplekslərinin Türkiyəyə 2019-cu ildə təhvilinə başlanılacağını qeyd edib.

“Türkiyəyə S-400-lər müqaviləyə uyğun olaraq vaxtında çatdırılacaq. 2019-cu ildə biz müqaviləni yerinə yetirməyə başlayacağıq” – Mixeyev söyləyib.

Xatırladaq ki, dolların qalxması fonunda müqavilədə göstərilən məbləğin yarısının nağd, qalanının isə Rusiyanın ayırdığı kredit əsasında rublla ödəniləcəyi bildirilib.

Həmçinin bundan əlavə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400-lərin anbarlarda saxlanılmayacağını və istifadə ediləcəyini qeyd edib.


Yazarlar