Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Taliban” Moskva görüşündə iştiraka razılıq verib

  35
01:20 21-08-2018
Şriftin ölçüsünü dəyiş  

“Taliban” hərəkatının nümayəndələri Moskvanın Əfqanıstanda vəziyyətin nizamlanmasına həsr olunan görüşdə iştirak etmək barədə təklifini qəbul edib. Paralel.az xarici mediaya istinadən xəbər verir ki, görüş sentyabrın 4-də Rusiya paytaxtında keçirilməlidir.

 

Bundan əvvəl Rusiya XİN ikinci Asiya departamentinin direktoru Zamir Kabulov bildirmişdi ki, görüşdə Əfqanıstan, Rusiya və region ölkələrinin nümayəndələri iştirak edəcəklər. Məsləhətləşmələrin sonuncu raundu ötən ilin aprelində keçirilmişdi. Bu vaxta qədər taliblər məsləhətləşmələrdə iştirak etməyiblər, lakin bu dəfə Rusiya onların nümayəndələrini dəvət etməyi qərara alıb.

 

Xatırladaq ki, avqustun 19-da Əfqanıstan Prezidenti Əşrəf Qəni “Taliban” hərəkatı ilə üç ay müddətinə müvəqqəti atəşkəs elan edib. Prezidentin sözlərinə görə, atəşkəs yalnız taliblər buna qarşılıqlı cavab verəcəyi təqdirdə tətbiq olunacaq. “Taliban” hərəkatının lideri Heybətulla Axundzadə isə hökumətin atəşkəs barədə təklifini rədd edib.

O bildirib ki, “Taliban” atəşkəslə razılaşmır və hökumətlə mübarizəni davam etdirmək niyyətindədir.


Yazarlar