Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Dolları lirəyə çevirib ev alana MAŞIN hədiyyə edildi

  41
23:15 20-08-2018
Şriftin ölçüsünü dəyiş  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əhalini dollarlarını türk lirəsinə dəyişməyə çağırışından sonra ölkənin bir sıra iş adamlarının başlatdıqları kampaniyalara Yalova bölgəsində inşaat firması da qoşulub. Paralel.az xəbər verir ki, virtualaz.org-a istinadən xəbər verir ki, Yalovanın Çiftçiköy qəsəbəsində yaşayan Bünyamin Aytekin adlı iş adamı dollarını lirəyə çevirib ona məxsus firmadan ev alan şəxslərə 80 min TL dəyərində avtomobil hədiyyə edəcəyini vəd edib: “Ölkəmizə iqtisadi təzyiqlər var. Biz də bu təzyiqlərin qarşısında bir vətəndaş kimi öz prezidentimizə, ölkəmizə dəstək olmaq üçün belə bir kampaniya başlatdıq. Gücümüz nəyə çatar deyə fikirləşdik. Hazırda dörd blokdan ibarət binamızın iki bloku artıq tamamlanıb. Kampaniyamız həmin binalarda 5 mənzil üçün keçərlidir. Bu bloklardan 375 min TL dəyərində mənzil alan müştərilərimizə təzə avtomobil hədiyyə oluncaq”.

 

Bu kampaniyaya qoşulmaqda məqsəd isə insanların dollarını mübadilə edərək ölkə iqtisadiyyatına xeyir vermələridir. İş adamı qeyd edib ki, bunda firmalarının da payının olmasından, ölkəyə, prezidentə dəstək verməsindən bir vətəndaş kimi qürur duyur.

 

Kampaniya ilə bağlı ətraflı məlumat verən iş adamı qeyd edib ki, bu kampaniyaya qoşulmaq istəyənlər ən azı 50 min dollar məbləğində pulu lirəyə çevirməlidirlər: “Kampaniyada ən aşağı məbləğ 50 min dollardır. Şübhəsi olan şəxslərə rəsmi müqavilələri göstərə bilərik. Burada məqsəd pul qazanmaq, mənzil satmaq deyil. Firmanın zərərlə çıxması belə bizi qorxutmur”.

 

Şirkət rəhbərinin sözlərinə görə, artıq kampaniya üçün nəzərdə tutulan 5 avtomobil hazırdır və bütün vergiləri ödənilib.

 

Xatırladaq ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra ölkədə bir çox sahibkarlar “yastıq altındakı” dollarların lirəyə dəyişdirilməsini stimullaşdırmaq üçün ən müxtəlif xidmətləri pulsuz təklif etməyə başlayıblar. Bunlara bədən masajı, pulsuz saçkəsmə, kran, avtomobil yuma kimi xidmətlər daxil idi. Hətta kampaniyaya qoşulan şəxslər arasında dollarını dəyişərək qəbzini təqdim edənlərə limitsiz yemək və içki (alkoqolsuz) təklifləri də var idi.


Yazarlar