Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Okeanda təhlükəli virus

  37
23:05 20-08-2018
Şriftin ölçüsünü dəyiş  

“Okeanlar bütün planetimizi təhdid edən çox təhlükəli viruslara yoluxub. Bir damcı okean suyunda Yerdə iqlimin dəyişməsinə təsir göstərən hədsiz sayda mikroorqanizm var”. Paralel.az xarici mediaya istinadən xəbər verir ki, bu Bergen Universitetinin alimlərinin apardıqları tədqiqat nəticəsində üzə çıxıb.

 

Məlumata görə, alimlər belə dəyişikliklərin nəticələrini tədqiq ediblər. Belə ki, bir damcı okean suyunda əvvəllər hesab edildiyindən yüz dəfə çox – təqribən 250 milyon virus var. Virusların tərkibi yetərincə müxtəlifdir və çox vaxt təkcə insana deyil, bütövlükdə planetimizə mənfi təsir göstərir. Karbon və azotun dövriyyəsini qiymətləndirərkən virusların rolu nəzərə alınmalıdır, çünki onlar qlobal biogeosiklləri tənzimləyən qida şəbəkələrinin mühüm hissəsidir. Belə çıxır ki, Dünya okeanı bütün planetimizi təhdid edən çox təhlükəli viruslara yoluxub.


Yazarlar