Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Avropa Azərbaycanlıları Konqresi aydınlıq gətirdi +

  41
22:45 20-08-2018
Şriftin ölçüsünü dəyiş  

Avropa Azərbaycanlıları Konqresi mediada qurumla bağlı yayılan məlumatlara aydınlıq gətirib. Avropa Azərbaycanlıları Konqresi Nəzarət Təftiş Kamissyasının üzvü Səməd Fərtaşın Paralel.az-a verdiyi məlumata görə, yazılarda qurumla bağlı həqiqətə uyğun olmayan məlumat yayılıb: “Nəzərinizə çatdırıram ki,  Azərbaycanda  “Yeniçağ.az” və “Diaspor.az” sayıtlarında  “Avropa Azərbaycanlıları Konqresinin (AAK ) I vitse-prezidenti Fizuli Məmmədov vəzifəsindən kənarlaşdırıldı”  başlığı altında gedən yazı və eyni adlı sayıtda təqdim edilən “AAK İdarə heyyətinin  19 Avqust 2018-ci il tarixli qərarı” adlı təqdim edilən “sənəd”  həqiqətə uyğun deyil.

Bildirirəm ki,  Avopa Azərbaycanlıları Konqresinin İdarə Heyyətinin və AAK Nəzarət Təftiş Komissiyasının göstərilən tarixdə (19.08.2018)  və bu ad altında hər hansı bir  iclası olmayıb. AAK adından mətbuata yalnış informasiya verən şəxslər və  AAK da süni qarşıdurma yaradan şəxslər  barədə AAK Nizamnaməsi çərçivəsində lazımi ölçü götürüləcəkdir.

NOT:Xatırlatma.

Paraqraf 15. İdarə Heyyətində (İcariyyə Komitəsində) qərarların qəbulu.

Maddə 15.1 İcraiyyə Komitəsi qərarlarını öz iclasında qəbul edir. İclasa prezident, o, olmadıqda onu əvəz edən Vitse-Prezident rəhbərlik edir. İclasın çağrılması barədə qərar ən az 15 gün əvvəl qəbul edilir.

Maddə 15.3. İcraiyyə Komitəsinin (İdarə Heyyəti) qərarları Əlaqələndirici Katiblik tərəfindən protokollaşdırılır və İclasda iştirak edən  hər bir üzvü tərəfindən imzalanır. Protokollar arxivləşdirilir. Protokollar İcraiyyə Komitəsinin razılığı olmadan digər şəxslərə təqdim edilə bilməz”.


Yazarlar