Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qələbə adətkarlığı

  19
10:55 18-08-2018
Şriftin ölçüsünü dəyiş  

Hidayət Elvüsal

 

Hər bir hadisənin, faktın, sözün, hərəkətin bu məsələyə dəxli var. Bir zamanlar işğala, zülmə məruz qalan Azərbaycan indi fasiləsiz qələbələr ölkəsinə çevrilməkdədir. Ən adi misal olaraq Bakı-Ceyhan boru xəttini göstərə bilərik. Hətta ən tanınmış adamlar belə bu proyektin baş tutmayacağını iddia edirdilər. İş o yerə çatmışdı ki, yüksək neft ixracatı ilə öyünən Səudiyyə Ərəbistanı bu böyük iqtisadi sıçrayışa qarşı çıxırdı. Amma Azərbaycan siyasəti bütün belə maneələri alt-üst elədi. Ölkə dünyada söz sahibinə çevrildi. Bu böyük bir qələbə idi və bu gün də, sabah da onunla fəxr etməyə dəyər.

 

Dedik axı, hətta ən adi hadisənin qələbəyə dəxli var. İdmançılarımızın dalbadal qazandıqları orden, medallar bayrağımızı göylərə yüksəldir. “Qarabağ”ın əldə etdiyi uğurlar və başqa idman növlərinin inkişafı əslində qələbə adətkarlığına bəxş edilən töhfələrdir.

 

Avrovizion mahnı yarışmasında ilk uğurlu çıxış özündən sonra fantastik qələbələrə zəmin yaratdı. Nəhayət, Azərbaycan dünyada 1-ci yerə sahib oldu və dünyanı Bakıya dəvət etdi. Yenə bayquş düşmən maşını işə düşdü. Bir sıra ölkələrin, hətta Avropanın öndə gedənləri bu hadisənin qarşısını almaq üçün qara kompaniyaya başladılar. Olmadı. Yenə qələbə qazandıq. Dünyanın nəzəri Azərbaycana, onun möhtəşəm paytaxtına, fantastik yarış təşkilinə çevrildi, heyranlıq və heyrət içində qaldı.

Yeni, abad yollar çəkildi. Bir zamanların çala-çuxurları güzgü kimi sığallandı. Ölkə rahat gediş-gəliş vasitəsinə qovuşdu. Dəmir yolları dəmir kəmər kimi dünyanın belinə dolandı. Qələbə qələbə dalınca gəldi.

 

2 Aprel döyüşləri. Mənfur düşmən sarsıdıcı zərbə aldı. Kimlərinsə hesabına ələ keçirdikləri çox mühüm mövqeləri itirdikdə anladılar ki, həyatda təkbətək, üzbəüz qalmaq da var. Və əgər belə olarsa Azərbaycan əsgəri onları bir yumruqla əzər. Aprel qələbəsi erməni işğalçılarına bir dərs oldu. Onlar Qələbənin Azərbaycan tərəfində olduğunu etiraf etdilər. Anladılar və gördülər ki, Azərbaycan Ordusu gec-tez nəinki Qarabağda, hətta Zəngəzurda, Göyçədə, hələ başqa-başqa qədim torpaqlarında da hakim olacaq.

 

Naxçıvandakı Qələbə isə bütün bu deyilənləri əyani sübut və ardıcıl, adəti bir gələcək olduğunun səsi-ünü oldu.

Və beləliklə Azərbaycanda Qələbə Adətkarlığı gözgörəsi artmaqdadır. Bunlan sonra geriyə yol yoxdur. İşğalçılar Azərbaycanın güzəştlərini qiymətləndirə bilsələr, bir vaxtlar verdiyimiz sığınacaqlarda sakitcə yaşaya bilərlər. Başqa cür olsa…

 

Qələbə bayrağımız başları üstündə dalğalanacaq!

 

 


Yazarlar