Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qazaxıstan Xəzərin statusu ilə bağlı qərar verəcək

  20
12:25 17-08-2018
Şriftin ölçüsünü dəyiş  

Qazaxıstan yaxın zamanlarda Xəzərin statusu ilə bağlı Konvensiyanı ratifikasiya edəcək.

 

Paralel.az xəbər verir ki, bu barədə Qazaxıstan XİN-nin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova cümə günü keçirilən brifinqdə bildirib.

 

“Biz konvensiyanı ən yaxın zamanda ratifikasiya etmək niyyətindəyik. Hər halda Xarici İşlər Nazirliyi dərhal hökumət daxili prosedurları həyata keçirməyə başlayacaq. Hökumətə yonləndirəcəyik. Prosedurun müddəti müəyyən olunub, düşünmürəm ki, bu məsələnin həlli uzanacaq” – Amanjolova söyləyib.

 

Onun sözlərinə görə hakimiyyət daha sonra sənədi parlamentə yönəldəcək.

Qeyd edək ki, Amanjolova xəzəryanı ölkələrin bu məsələnin həlli üçün uzun müddət danışıqlar apardığını və bu səbəbdən ratifikasiyanı gecikdirməmək lazım olduğunu qeyd edib.


Yazarlar